Heydər Əsədov əmr verdi, nazirlikdə kadr dəyişikliyi oldu-TƏYİNAT

img

21-01-2015 [12:25]


Kənd Təsərrüfatı Nazirliyinin Texniki siyasət şöbəsinin müdiri Rəşid Səfərov vəzifəsindən azad edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyevin apa-ya verdiyi məlumata görə, R. Səfərov təqaüd yaşına çatması ilə əlaqədar öz ərizəsi ilə vəzifəsinin icrasını dayandırıb və təqaüdə çıxıb.
M. Hacıyev deyib ki, nazir Heydər Əsədovun imzaladığı əmrə əsasən, adıçəkilən şöbənin rəisi vəzifəsinin müvəqqəti icrası şöbənin rəis müavini Köçəri İmranova həvalə olunub.
K. İmanov bundan əvvəl həmin şöbədə sektor müdiri olub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA