Prezident İlham Əliyevin Almaniyadakı görüşləri...

img

21-01-2015 [00:03]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Berlində Almaniya-Azərbaycan Forumunun üzvləri, Almaniya Bundestaqının Xristian Demokratlar və Xristian Sosialistlər, Sosial Demokratlar və Yaşıllar partiyalarından olan deputatları, Bundestaqda fəaliyyət göstərən komitələrin rəhbərləri və üzvləri ilə görüşüb

Səfər çərçivəsində Prezident İlham Əliyevin Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşünün önəmi qeyd edildi. Azərbaycan ilə Almaniya arasında siyasi, iqtisadi, mədəniyyət, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri ilə bağlı səmərəli fikir mübadiləsinin aparılması baxımından bu görüşün əhəmiyyəti vurğulandı. Ölkələrimiz arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi, parlamentlərarası əlaqələrin bu prosesə mühüm töhfə verdiyi bildirildi.
 
Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı fikir mübadiləsi aparıldı.
 
Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın mövqeyi barədə görüş iştirakçılarına ətraflı məlumat verdi. Dövlətimizin başçısı münaqişənin beynəlxalq hüququn norma və prinsipləri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.
 
Görüşdə Azərbaycan ilə Almaniya arasında energetika sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, yeni alman şirkətlərinin Azərbaycan iqtisadiyyatında iştirakı da müzakirə olundu. Bundan əlavə, ölkələrimizin parlamentlərarası əlaqələri, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa Şurası və Avropa İttifaqında əməkdaşlıq, "Şərq tərəfdaşlığı” Proqramında iştirakla bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. Bu əlaqələrdə Azərbaycana münasibətin ədalətli olmasının zəruriliyi vurğulandı.
 
---------


Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Münhen Beynəlxalq Təhlükəsizlik Konfransının sədri Volfqanq Fredrik İşinger ilə görüşüb.
 
Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, görüşdə regional təhlükəsizlik məsələləri, beynəlxalq əməkdaşlıq və beynəlxalq məsələlər barədə fikir mübadiləsi aparıldı.
 
* * * 
 
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Almaniya Federativ Respublikasının xarici işlər üzrə federativ naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.
 
Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, görüşdə Azərbaycanla Almaniya arasında ikitərəfli münasibətlərin indiki vəziyyəti və perspektivləri haqqında fikir mübadiləsi aparıldı. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolları müzakirə edildi.
 
Görüşdə Frank-Valter Ştaynmayer Azərbaycana son səfəri çərçivəsində səmərəli görüşlər keçirdiyini qeyd etdi.
 
* * * 
 
Azərbaycan Prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfəri çərçivəsində Bundestaqın deputatları və Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.
 
Trend-in Almaniyaya ezam olunmuş müxbirinin məlumatına görə, görüş zamanı Azərbaycan Prezidenti ilə görüşün, Azərbaycanla Almaniya arasında siyasi, iqtisadi, mədəni, elm və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri baxımından əhəmiyyəti qeyd olundu.
 
Görüşdə Azərbaycanla Almaniya arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi vurğulandı. Bu forumla Azərbaycan arasında uzun illər səmərəli əməkdaşlığın olduğu, müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün fikir mübadiləsinin aparılmasının əhəmiyyəti qeyd edildi.
 
Həmçinin görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ətraflı fikir mübadiləsi aparıldı. Prezident İlham Əliyev Azərbaycanın beynəlxalq hüquq və norma prinsiplərinə əsaslanan ədalətli mövqeyi barədə ətraflı məlumat verdi və münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin vacibliyini vurğuladı.
 
Azərbaycan və Almaniya arasında enerji sahəsində əməkdaşlıq, iqtisadi əlaqələr, informasiya texnologiyaları, tibb sahəsində əməkdaşlıq, Azərbaycan iqtisadiyyatında Almaniyanın yeni şirkətlərinin iştirakı, Azərbaycanla Almaniya arasında parlamentlərarası əməkdaşlıq, beynəlxalq təşkilatlar çərçivəsində, xüsusilə də Avropa Şurası, Avropa İttifaqı, "Şərq Tərəfdaşlığı" çərçivəsində əməkdaşlıq məsələləri müzakirə edildi.
 
Azərbaycan ilə Avropa Parlamenti, Avropa Şurası və bir sıra Avropa qurumları arasında əlaqələr ətrafında fikir mübadiləsi aparılıb. Bildirildi ki, Azərbaycana qarşı ədalətli münasibət sərgilənərsə, əməkdaşlıq daha da möhkəmlənər.  

AzerTac

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA