Keşlənin Ələmdar Vəfadarov bəlası - İri şirkətlərin ayırdığı vəsaitin hesabı tələb olunur

img

21-01-2015 [10:39]


Nizami rayonu Keşlə qəsəbə bələdiyyəsinə yenidən üzv seçilməklə, sədr postunu qorumağı bacaran Ələmdar Bəfadarov secicilərinin deyil, rayon rəhbərliyinin himayəsinə arxayın olaraq, özfəaliyyətlə məşğuldur.

Mia.az arazmedia.az-a istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, ötən il Dövlət Neft Şirkətinin Keşlə bələdiyyəsinin hesabına müəyyən işlər görmək üçün 20.000 manat pulu ayırsa da, bələdiyyə sədrinin bu vəsait hesabına hansı işləri görməsini bilən yoxdur:

"Sədr nə bu, nə də "Azərsun"la "Veysəloğlu" şirkətlərinin bələdiyyəyə köçürdükləri vəsaitlə hansı işlərin görülməsinə, ümumiyyətlə, bu pulların hara xərclənməsinə aydınlıq gətirmir. Və yaxud başqa sual ortaya çıxır, sədr Keşlənin abadlaşması üçün müxtəlif şirkətlərindən ayrılmış pullarla bərabər, yerli sakinlərdən yığılmış torpaq vergilərini hara və nəyə xərcləmişdir?

Əgər qəsəbə üçün nəsə edibsə, o zaman hesabat təqdim etsin. Məgər Ələmdar Bəfadarov bilmir ki, dövlət və özəl şirkətlər həmin pulları ona yox, bələdiyyəyə ayırıb?".

Saytın iddiası ilə bağlı qarşı tərəfin mövqeyini də dinləməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA