20-01-2015 [23:42]
Rozamund Paykın adı digər Hollivud aktrisaları kimi tanış səslənməsə də, istedadı və gözəlliyi ilə həmkarlarından geri qalmır. Bəlkə də ən uğurlu rolunu 35 yaşında Devid Finçerin "Gone Girl” (İtkin qız) filmində oynadığına görədir. Sentyabrda premyerası keçirilmiş və 61 milyon dollar büdcə ilə çəkilmiş film yanvar ayına qədər 362 milyon dollardan çox gəlir gətirib.
Gilian Flinin eyniadlı əsəri əsasında hazırlanan filmdə Rozamund Payk olduqca mükəmməl və təhlükəli qadını – Emmi Danı canlandırır. Ərini evliliklərinə və özünə qarşı etdiyi diqqətsizliyə görə cəzalandırmaq istəyən Emmi evdən qaçır, amma qaçış adi bir qaçış olmur... O, hər şeyi əvvəlcədən planlaşdırır, hər detalı düşünür, bəzən özünə zərər vurmağa qədər gedib çıxır. Amma işlər heç də onun istədiyi kimi irəliləmir, hadisələrin məcrasını dəyişmək üçün Dan keçmiş sevgilisinin başını kəsməli olur. O bunu bacarıb evinə dönə biləcəkmi? Ona inanacaqlarmı?
Payk obrazı qədər hər şeyin ən mükəmməlinə alışmış deyil. O, aktrisa olmağa gənc yaşında qərar versə də, çox vaxt istədiyi rollara "uyğun görülməyib”, kastinqlərdən geri qaytarılıb. Ümidini itirən aktrisa Oksford Universitetində ingilis ədəbiyyatı fakültəsinə daxil olub. Universiteti bitirdikdən sonra aktrisa olmaq istədiyinə bir daha əmin olub və teatrda işləməyə başlayıb. "Qadınlar və qızları”, "Soyuq iqlimdə sevgi” kimi televiziya şoularında çəkilib. 2002-ci ildə "Bond qızı” olmaq təklifi alıb, yəni "Başqa gün öl” filmində Ceyms Bondla baş rolu paylaşıb. Ardınca "Qürur və qərəz”, "Təhsil”, "Surroqatlar”, "Barninin versiyası”, "Titanların qəzəbi” filmlərində çəkilib.
İngilis əsilli aktrisa çəkildiyi "Qürur və qərəz” filminin rejissoru Co Raytla 4 ilə yaxın nişanlı olub, ancaq rejissor son anda toy fikrindən daşınıb və Paykdan ayrılıb. Payk indi riyaziyyatçı Robi Yuniakla evlidir. Yuniak ondan 20 yaş böyükdür və ondan öncə daha iki evliliyi olub. Cütlüyün Solo adlı oğulları var və hazırda ikinci övladlarını gözləyirlər.
Aktrisa alman və fransız dillərində səlis danışır. Piano və violançeldə ifa edə bilir. Valideynləri opera müğənniləridir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi