Ilham Əliyevi Almaniyada belə qarşıladılar-FOTOLAR

img

20-01-2015 [22:50]


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 20-də Almaniya Federativ Respublikasına işgüzar səfərə gəlib.

Berlinin Tegel Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

***

Almaniyada işgüzar səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev Bundestaqın deputatları, Almaniya-Azərbaycan Forumunun üzvləri ilə görüşüb.

APA-nın prezidentin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, görüşdə Azərbaycanla Almaniya arasındakı siyasi, iqtisadi və digər sahələrdəki hazırkı münasibətlər, eyni zamanda gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.

Müzakirələrdə iki ölkə arasında uğurlu əməkdaşlıq olduğu qeyd edilib. Alman deputatlar bu görüşdən məmnunluq ifadə ediblər.

Görüşdə həmçinin Almaniya və Azərbaycan parlamentləri, xüsusilə dostluq qrupları arasında səmərəli əməkdaşlıq olduğu da vurğulanıb.

Görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə fikir mübadiləsi aparılıb. Azərbaycan prezidenti münaqişə və Azərbaycanın beynəlxalq hüquq prinsipinə uyğun olan ədalətli mövqeyi barədə qrup iştirakçılarına ətraflı məlumat verib.

Görüşdə həmçinin alman şirkətlərinin Azərbaycana daha çox cəlb edilmələrinin vacibliyi də qeyd edilib.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA