Fərhad Əliyev ağır itkiylə üzləşdi - qardaşı xəstəxana həyətində vəfat etdi

img

20-01-2015 [13:36]


Keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevə ağır itki üz verib. 

İslamazeri.az xəbər verir ki, Əliyevlər ailəsinə ağır itki üz verib. Belə ki, eks nazir F.Əliyevin sonuncu qardaşı  Əliyev Sudeif Şölət oğlu bu gün saat 11: 30 radələrində qəflətən vəfat edib. Mərhumun ürək ağrısından əziyyət çəkdiyi bildirilir.

Mərhum bu gün səhər saatlarında özünü yaxşı hiss etsə də, sonradan ürəyində ağrıların hiss etdiyini bildirib. Daha sonra özünü yaşadığı evlərinin yaxınlığında yerləşən Alar kənd tibb məntəqəsinə çatdırıb. O, elə xəstəxananın həyətində dünyasını dəyişib.

Qeyd edək ki, 1970-ci il təvəllüdlü mərhum S.Əliyev ailəlidir, iki övladı var. 



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA