20-01-2015 [13:21]
Meksikanın popilyar qəzetlərindən olan "Excelsior”
qəzeti Azərbaycan haqqında, onun şanlı tarixində baş verən 20 yanvar faciəsi
ilə bağlı məqalə dərc edib.
Mia.az-a Meksikadakı səfirliyimizdən daxil olan məlumata əsasən, "Qara Yanvardan 25 il sonra” başlıqlı məqalənin Azərbaycan dilinə tərcümə olunmuş variantını təqdim edirik:
"Bu gün Azərbaycan icması Azərbaycan
Respublikasının Meksikadakı Səfirliyi ilə birgə Azərbaycanın Sovet İttifaqından müstəqilliyini
əldə etməyinə səbəb olan tarixi hadisələrin ildönümü xatirəsini yada salır.
1990-cı ilin "Qanlı Yanvarı” kimi tanınan hadisələr
Respublika üzərində Sovet nəzarətinə son qoyan bir qığılcım oldu və bütün dünya
azərbaycanlılarının yaddaşında Azərbaycan xalqına qarşı ən qəddar, zorakı və qeyri-insani
hadisələrdən biri olaraq həkk edildi.
Sovet hərbi qüvvələri, insanların əksəriyyətinin
Sovet İttifaqından müstəqilliyini qazanmaq hisslərini boğmaq məqsədi ilə 19-20
yanvar 1990-cı ildə Azərbaycanın paytaxtına girdi. "Udar” əməliyyatının məqsədi
Azərbaycanın ərazisindəki xalqın azadlıq hərəkatının möhkəmlənməsini
dayandırmaq idi. İslami fanatizmin gücünün qarşısını almaq olduğu iddia
edilərək haqq qazandırılmağa çalışılan işğal zamanı, silahsız mülki insanlara
qarşı amansızca və misli görülməmiş qəddarlıqla, habelə uşaqlara, qadınlara,
yaşlılara, etnik və dini ayrı-seçkilik edilmədən, o gün xristianlara,
müsəlmanlara və yəhudilərə, bütün Azərbaycan xalqına hücum edildi və Sovet
hücumunun nəticəsində insanlar həyatlarını itirdilər.
Silahlanmış qüvvələr Bakı şəhərinə daxil oldu və
günahsız mülki əhaliyə atəş açıldı, 133 insan öldürüldü və 700-dən artıq insan
isə yaralandı.
Qərb mətbuatının Bakıya uçub hadisələri işıqlandırması
qadağan edildi. Bununla birlikdə, eyni ilin 22 yanvar tarixində, Washington
Post qəzetində bir şahid deyirdi: "işğalın erkən saatlarında, Sovet əsgərləri
hərəkət edən hər şeyə atəş açırdılar”. Human Rights Watch tərəfindən hazırlanmış
hesabatda deyilirdi: "ən qorxunc insan hüquqları pozuntusu hadisələri ... tibbi
personala, ambulanslara hətta xəstəxanalara hücum edildi”.
Azərbaycan, 18 Oktyabr 1991-ci ildə Sovet İttifaqından
müstəqilliyini elan etdi və torpaqlarının 20%-i qonşu ölkə Ermənistan
Respublikası tərəfindən işğal edilməsinə baxmayaraq öz müstəqilliyini saxladı.
Azərbaycan xalqı vətənləri uğrunda mübarizədə
həyatlarından keçmiş vətəndaşlara hər il və xüsusilə 2015-ci ildə öz
ehtiramlarını nümayiş etdirirlər. Onun qurbanları heç zaman unudulmayacaq”.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi