Prezident İlham Əliyev şəhidləri ziyarət edib

img

20-01-2015 [12:58]


Azərbaycan prezidenti İlham Əliyev Şəhidlər Xiyabanında olub. 

Dövlət başçısı 20 yanvar faciəsinin qurbanlarının qəbirlərini ziyarət edib, "Əbədi məşəl” kompleksi önünə əklil qoyub, şəhidlərin xatirəsini yad edib. 

Azərbaycanın dövlət və hökumət rəsmiləri, diplomatik korpusun nümayəndələri də Şəhidlər xiyabanını ziyarət ediblər.

1990-cı il, yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusu, erməni quldur dəstələri ilə birgə Bakıya daxil olaraq dinc əhaliyə qarşı terror aktl həyata keçirib. Nəticədə, 137 nəfər şəhid olub, 744 nəfər yaralanıb, 841 nəfər qanunsuz olaraq həbs edilib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA