Universitetin kafedra müdiri haqqında şok ittihamlar - Professor açıqladı

img

19-01-2015 [21:00]


Redaksiyamıza İqtisad Universitetinin keçmiş rektoru Şəmsəddin Hacıyevin sabiq müşaviri, iqtisad elmləri doktoru, professor Bədirxan Musayevin iqtisadi kibernetika kafedrasının müdürü Yalçın Hacızalovla bağlı müraciəti daxil olub. Müraciətdə cənab Musayev kafedra müdürü tərəfindən təqiblərə və sifarişli hücumlara məruz qaldığını iddia edir. Özünün təəbirincə desək, müraciətdə həqiqəti ortaya qoyur. 

Mia.az xeberinfo.az-a istinadən xəbər verir ki, B.Musayev "İqtisadi Kibernetika kafedrasının müdiri Yalçın Hacızalovun sabiq rektor, deputat Şəmsəddin Hacıyev tərədindən "ulduzu"nun parladıldığını iddia edib: "Hacıyev əvvəlcə onu universitet üzrə metodiki seksiyanın katibi və "İqtisadi Kibernetika” kafedrasına müdir müavini vəzifələrinə təyin etdi. Yalçın Hacızalov dərslik və dərs vəsaitlərinə metodik seksiyada qrif təsdiq etdirmək və nazirliyin razılığını almaq üçün hər bir şəxsdən külli miqdar rüşvət alıb, Ş.Hacıyevlə bölüşdürürdü.  Daha sonra isə mən "İqtisadi Kibernetika” kafedrasının müdiri vəzifəsindən azad olunan kimi, kafedra müdir vəzifəsini sabiq rektor ona həvalə elədi. Hacızalovsa bunun əvəzində Ş.Hacıyevə belə bir müraciət yazır: "Milli Məclisin elm və təhsil komissiyasının sədri kimi Azərbaycan təhsilinin dünya standartları səviyyəsinə qaldırılması yolunda əldə etdiyiniz böyük nəaliyyətləri qürur hissi ilə qarşılayır və sizi bütövlükdə milli təhsil sistemimizin və eləcə də İqtisad Universitetinin əldə etdiyi böyük uğurların təşkilatçısı və hərəkətverici qüvvəsi hesab edirik”.

Yalçın Hacızalov kafedra müdiri seçilmək üçün isə  İqtisad Universitetinin sabiq rektoru Ş.Hacıyevin dövrünü belə xarakterizə edib: "Son illərdə İqtisad Universitetinin həyatında çox böyük, demək olar ki, inqilabi dəyişikliklər baş vermiş, universitet Azərbaycanda və keçmiş SSRİ məkanında, eləcə də dünya miqyasında öz laiqli yeri, siması olan bir təhsil ocağına, Azərbaycanın milli təhsil sisteminin flaqmanına çevrilmişdir”".

Musayev yazır ki, vaxtı ilə ona tərif deyən Hacızalov sonradan Ş.Hacıyevin təhriki ilə onu təhqir etməyə başlayıb: "Yalçın Hacızalov kafedra müdiri olan zaman mənə "böyüyüm, ağsaqqalım, əzizim” deyə, müraciət edirdi. "Ustad haqqında düşüncələr” məqaləsində məni "tunelin axırında görünüən günəşə və ulduza bənzədirdi”. Mən işdən çıxandan sonra Ş.Hacıyevin göstərişi və redaktə etdiyi məqalədə dünyanın bütün mənfi sözlərini mənə aid etməklə mənim şərəf və ləyaqətimi təhqir edib. Ona görə Yasamal rayon məhkəməsinə müraciət etdim. Ş.Haciyevin təzyiq və təsiri ilə digər şikayətlərim kimi, bi iddia ərizəmə baxılması uzun müddət süründürüldü. Nəhayət, rektor dəyişdi və Y.Hacızalov yenidən əsl simasına qayıtdı. O, məhkəmədə mənə və hakimə "Bədirxan Musayev haqqında məqaləni mənə sabiq rektor Ş. Hacıyev yazdırdı. Ş. Hacıyev məqaləni redaktə etdikdən sonra nəşr etdirməyə məcbur etdi” deyərək, onun arxasınca söyüş söyərək, bunları izahatında göstərəcəyinə söz verdi. Maddi və mənəvi zərərini ödəmək üçün isə mənə 5 min manat verəcəyini dedi. Yalçın Hacızalovun Ş. Hacıyevin təsiri altına düşməsi və aşağıdakı məzmunda ərizə yazmasını nəzərə alaraq, barışığa getməyə razılıq verdim. O, həmin günü məhkəmədə ərizə yazaraq, məndən üzr istədi, səhv etdiyini dönə-dönə vurğuladı".

Ancaq sonradan fikrini dəyişib, onu yenidən məhkəməyə verdiyini deyən B.Musayev Hacızalovun rüşvət üstə döyülməsindən tutmuş, 500-550 manat maaşla üç mənzil əldə etməsindən və sair qanunsuz qazanclarından da söz açıb. Professorun ən maraqlı ittihamı isə kafedra müdirinin Bakı metrosunun  partladılmasında iştirak edənlərdən ikisi ilə yaxın qohum olması sayıla bilər. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA