Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada anım mərasimi - Tədbir

img

19-01-2015 [18:00]


Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyada 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə əlaqədar anım mərasimi keçirilib.

Komissiyanın mətbuat xidmətindən Mia.az-a verilən məllumata görə, tədbiri giriş sözü ilə açan Komissiyanın sədr müavini Vəfadar Misirov deyib ki, bu ağır cinayət öz torpaqlarının müdafiəsinə qalxan və eyni zamanda azadlıq uğrunda mübarizə aparan Azərbaycanın və onun məğrur xalqının mübarizlik əzmini qırmağa, bununla da Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə şərait yaratmağa yönəlmişdir. 

1990-cı ilin 20 Yanvar gününün Azərbaycan xalqının müstəqillik uğrunda mübarizəsini qarşısıalınmaz və dönməz etdiyini vurğulayan V.Misirov bildirib ki, öz canını Vətən uğrunda qurban vermiş və şəhidlik zirvəsinə yüksəlmiş insanların xatirəsi qəlbimizdə daima yaşayacaqdır.

Sonra çıxış edən Komissiyanın baş məsləhətçisi-mətbuat katibi Asəf Əliyev 20 Yanvar və ona aparan yol barədə məlumat vermiş, qan yaddaşımıza əbədi həkk olunmuş bu günün, eyni zamanda, tariximizin qəhrəmanlıq səhifəsi olduğunu vurğulayıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA