19-01-2015 [17:14]
Bu gün Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Ə.Əmirov adına mədəniyyət sarayında 20 Yanvar faciəsi əlilləri və şəhid ailələri ilə görüş keçirilib.
Görüşdə iştirak edən Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar hadisələrini xalqımızın milli mənliyinə, milli azadlıq ruhuna qarşı təcavüz kimi qiymətləndirdi. Qeyd etdi ki, xalqımızın qan yaddaşına silinməz faciə kimi yazılmış 20 Yanvarı milli matəm, hüzn günü kimi qeyd etdiyimizə baxmayaraq eyni zamanda xalqımızın tarixində bir qəhrəmanlıq səhifəsidir.
Ümummilli liderimiz
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra
Azərbaycan tarixində Qanlı Yanvar faciəsi kimi yadda qalan 1990-cı ilin 20
Yanvar hadisələrinin səbəbləri və nəticələri daha dəqiq araşdırıldığını və
müstəqil Azərbaycan Respublikası 1994-cü ildə 20 Yanvar faciəsinin hərbi
təcavüz və cinayət kimi tam siyasi-hüquqi qiymətini verdi.
Görüşün sonunda Qaradağ Rayon İcra Hakimiyyəti başçısı cənab Süleyman Mikayılov 20 Yanvar faciəsi əlillərinin və şəhid ailəsinin problemləri ilə maraqlandı və onlara maddi, ərzaq yardımı göstərildi.
Daha sonra 20 Yanvar
şəhidlərinin əziz xatirəsinə həsr olunmuş "Qəlbimizdə daima yaşayacaqsız” adlı
ümumrayon anım mərasimi keçirildi. Tədbirin əvvəlində 20 Yanvar şəhidlərinin
xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Mərasim 20 Yanvar faciəsindən bəhs edən sənədli filmin nümayişi ilə başladı.
Filmdə imperiya ideyaları uğrunda günahsız insanlara qarşı törədilən amansız vəhşilik bir daha tarixi yaşadırdı. Qaranlıq gecəni işıqlandıran güllələr, qorxulu səsi ilə irəliləyən tanklar, nifrət hissləri ilə dolu amansız əsgərlər mübariz xalqın üzərinə gedirdi. 20 Yanvar faciəsi törədilən zaman Azərbaycan xalqı informasiya blokadasına salınmışdı, radio, televiziya susdurulmuş, onun enerji bloku silahlı hərbiçilər tərəfindən partladılmış, mətbuatın nəşrinə qadağa qoyulmuşdu. Görünməmiş qəddarlıqla keçən gecədə heç bir günahı olmayan onlarla dinc sakin öldürüldü, nəfər yaralandı. Bu hadisə sovet rejiminin törətdiyi ən qanlı faciələrdən biri və dinc əhaliyə qarşı yönəlmiş vəhşi bir cinayət hadisəsi idi. Xalqın bu ağır günlərində, yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərə, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı.
Daha sonra tədbir ədəbi-bədii kompozisiya ilə davam etdirildi.Tədbirin sonunda Azərbaycan Respublikasının Dövlət himni səsləndi.




Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi