19-01-2015 [13:11]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyində (RYTN) ötən
ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı kollegiya iclası keçirilib.
Rabitə və yüksək
texnologiyalar naziri Əli Abbasov iclasa Azərbaycanın azadlığı və ərazi
bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olan 20
Yanvar 1990-cı ildən söz açmaqla başlayıb və Qanlı yanvar faciəsində
canlarından keçərək şəhidlik zirvəsinə ucalanların ruhu bir dəqiqəlik sükutla
anılıb.
Daha sonra nazir
prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2014-cü ilin
sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr
olunmuş iclasında nitqindən irəli gələn məsələlər, o cümlədən dövlət başçısı tərəfindən
verilən tapşırıqlardan söz açıb.
Respublikada
aparılan uğurlu iqtisadi islahatlar nəticəsində qeyri-neft sektorunun dinamik
inkişafına və artım tempinə nail olunduğunu qeyd edən nazir Əli Abbasov uğurlu
inkişaf tendensiyasının rabitə və yüksək texnologiyalar sektorunda da
saxlandığını vurğulayıb.
Ötən ilin əsas
uğurlarından da söz açan nazir, xüsusilə, Azərbaycan və Fransa arasında kosmik
sənaye üzrə strateji əməkdaşlıq çərçivəsində bu ilin iyun ayında orbitə
çıxarılmış və yeni adı "Azersky" olan "Spot 7" yüksək
ayırdetməli Yer səthinin məsafədən müşahidə peykinin ölkəmizin milli peyk
operatoru və Fransanın "Airbus Defence and Space" şirkəti arasında
imzalanmış müqaviləyə əsasən, "Bakutel-2014"-ün açılışında "Azərkosmos"
ASC-yə təhvil verilməsini, bu mərasimdə prezident İlham Əliyevin iştirakının ilin
əlamətdar hadisəsi olduğunu vurğulayıb.
Koreyanın Busan şəhərində
keçirilmiş Beynəlxalq Telekommunikasiya İttifaqının (BTİ) Səlahiyyətli
Konfransında ölkəmizin ilk dəfə olaraq BTİ-nin Şurasına üzv seçilməsini də
uğurlar sırasına daxil edən nazir bunu beynəlxalq arenada ölkəmizin artan
nüfuzu kimi dəyərləndirib, eyni zamanda respublikada İKT sektorunun sürətli
inkişafı və sektorun inkişafına yaxından dövlət dəstəyinin nəticəsində beynəlxalq
təşkilatların hesabatlarında da Azərbaycanın öz mövqeyini ilbəil möhkəmləndirdiyini
bildirib. Belə ki, Dünya İqtisadi Forumunun "Qlobal İnformasiya
Texnologiyaları 2014" hesabatında Azərbaycan "Şəbəkələşmə Hazırlığı
İndeksi"nə görə əvvəlki mövqeyindən 7 pillə irəliləyərək dünyanın 148 ölkəsi
arasında 49-cu yerə yüksəlib. Bu göstəriciyə görə Azərbaycan MDB ölkələrindən
Rusiyanı da qabaqlayaraq, Qazaxıstandan sonra 2-ci yerdə qərarlaşıb. Habelə,
BMT-nin "E-Hökumət müayinəsi 2014" adlı hesabatında Azərbaycan 193
ölkə arasında "Elektron hökumətin inkişafı indeksi" üzrə əvvəlki
mövqeyini 28 pillə artıraraq 96-cı yerdən 68-ci yerə yüksəlib.
Daha sonra
kollegiya iclasında ötən il ərzində rabitə və yüksək texnologiyalar sahəsində
görülmüş işlər və əldə olunan nəticələr barədə məruzə dinlənilib.
Bildirilib ki,
2014-cü ildə İKT, informasiya və poçt sektorunda əldə olunan gəlirlərin həcmi əvvəlki
illə müqayisədə 16,2% artaraq 1,7 milyard manatı ötüb. Hazırda ölkə əhalisinin
73%-i internet, 55%-i isə genişzolaqlı xidmət istifadəçisidir. Hər iki göstərici
üzrə Azərbaycan dünya orta göstəricisini təqribən 2 dəfə qabaqlayır. Həmçinin,
Azərbaycan 100 nəfərə düşən sabit telefon abunəçilərinin sayına görə
ümumdünya orta göstəricisini 18%, mobil abunəçilərin sayına görə isə
15.2% üstələyir. 2013-cü illə müqayisədə beynəlxalq internet kanallarının
tutumu 50 Gbit/s artırılaraq 300 Gb/s-ə çatdırılıb ki, bu da ölkədə əhalinin
internet xidmətlərindən istifadəsinin artmasının göstəricisidir. Eyni zamanda rəqəmli
TV-nin əhatə dairəsi 99%-ə çatdırılıb ki, bu da MDB ölkələri arasında Azərbaycanın
ön sıralarda olmasına imkan yaradıb.
Sonra məruzə ətrafında
RYTN-in bir sıra birlik və müəssisə rəhbərlərinin çıxışları dinlənilib, cari və
həlli vacib məsələlər müzakirə edilib.
Kollegiyaya yekun
vuran nazir Əli Abbasov əldə edilmiş uğurların daha da möhkəmləndirilməsi, sahə
üzrə inkişafın dayanıqlı və davamlılığının təmin edilməsi üçün qarşıda duran əsas
prioritetlərdən söz açıb, müvafiq fərman, sərəncam və dövlət proqramlarında
RYTN-lə bağlı məsələlərin birmənalı şəkildə icrasının vacibliyini diqqətə
çatdırıb.
Nazirliyin fəaliyyətinin
səmərəli təşkili ilə bağlı vacib istiqamətləri önə çəkən Ə.Abbasov kosmik sahənin
inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi və yeni layihələrin icrasına
başlanılması, genişzolaqlı internet və müasir rabitə infrastrukturunun
yaradılmasını nəzərdə tutan layihələrin icrasına başlanılması, elektron xidmətlərin
tətbiqinin genişləndirilməsi, telekommunikasiya və poçt xidməti şəbəkəsinin
modernləşdirilməsi, Yüksək Texnologiyalar Parkı, nüvə texnologiyalarından dinc
məqsədlərlə istifadə üzrə "Milli Nüvə Tədqiqatları Mərkəzi"nin fəaliyyətinin
təşkili, "Data Mərkəz"in qurulması, respublikada mərkəzləşmiş
avtomatik radiomonitorinq şəbəkəsinin yaradılması, rəqəmli yayımın ölkə ərazisini
tam əhatə etməsi və analoq yayımın dayandırılması, istifadəçilərə göstərilən
xidmətlərin keyfiyyətinin yüksəldilməsi, həmçinin vətəndaşlardan RYTN-ə daxil
olan müraciətlərin diqqət mərkəzində saxlanması və həll olunması, I Avropa
oyunlarının yüksək səviyyədə keçirilməsi ilə ələqədar zəruri tədbirlərin görülməsi
istiqamətində nazirliyin struktur bölmələrinə konkret tapşırıq və göstərişlərini
verib.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi