Genetik Ehtiyatlar İnstitutunda tədbir keçirilib

img

19-01-2015 [10:39]


Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Genetik Ehtiyatlar İnstitutunda 20 yanvar faciəsinin 25-ci ildönümünə həsr olunmuş tədbir keçirilib.

İnstitutun İctimaiyyətlə Əlaqələr Şöbəsindən Mia.az-a verilən məlumata görə, öncə ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutaraq canlarından keçən 20 yanvar şəhidlərinin ruhu bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan institunun direktoru, AMEA-nın müxbir üzvü, aqrar elmlər üzrə elmlər doktoru Zeynal Əkbərov 20 Yanvar şəhidlərinin Azərbaycan tarixində qoyduğu izdən, onların qanları bahasına qazanılan azadlıqdan bəhs edərək, gənclərimizi bu tarixi unutmamağa səsləyib.

Daha sonra çıxış edən həmkarlar təşkilatının sədri, biologiya üzrə fəlsəfə doktoru Hamlet Sadıqov 20 Yanvar hadisələri haqqında məlumat verərək, Azərbaycan xalqına qarşı həyata keçirilən bu vəhşi terror aktının insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacağını bildirib. O, əminliklə vurğulayıb ki, xalqımızın şanlı tarixinə qızıl hərflərlə yazılmış 20 Yanvar şəhidləri 25 min il keçsə belə yenə unudulmayacaq, xalqımız var olduqca onların qəhrəmanlıq əməlləri daim anılacaqdır.

Tədbirdə, həmçinin, biologiya üzrə elmlər doktoru Ramiz Əliyev, biologiya üzrə fəlsəfə doktoru Qədir Qasımov və biologiya üzrə fəlsəfə doktoru Əkbər Kərimov 20 Yanvar faciəsinin canlı şahidləri kimi həmin gecə baş verən hadisələrdən danışıblar.

Sonda 20 Yanvar faciəsini əks etdirən videoçarx nümayiş olunub.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA