“Azərittifaq” komitə ilə torpaq davasına qalxdı, hakim işi geri qaytardı

img

19-01-2015 [10:31]



  Azərbaycan Mərkəzi Kooperativlər İttifaqı - "Azərittifaq”  və "Azərittifaq”ın Xaçmaz Rayon İstehsal-İstehlak Kooperativi Kərəm Həsənovun sədri olduğu Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı məhkəmə davası açıb.

Miia.az xəbər verir ki, tərəflərin məhkəmə çəkişməsinə səbəb komitənin  balansdaşıyıcı qurum olaraq "Azərittifaq”ın razılığı olmadan onun balansında olan torpaq sahəsinin rayonda yerləşən "Arzu  ticarət mərkəzi” MMC və İlqar  Bədirxanov a satılmasıdır:

"Hazırda  "Azərittifaq”  və "Azərittifaq”ın Xaçmaz Rayon İstehsal-İstehlak Kooperativinin rəhbərliyi Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı iddia qaldıraraq, Xaçmaz şəhəri, M.Hüseynzadə küçəsi-1 ünvanda yerləşən və icarə müqaviləsində göstərilən 3156,49 kv.metr  torpaq sahəsindən artıq hissəyə xitam verilməsini tələb edir”.

Mia.az-ın məlumatına görə, işə 2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsində baxılıb: "Bu məhkəmənin qərardadından verilmiş şikayət isə bu günlərdə Bakı Apellyasıya Məhkəməsi tərəfindən araşdırılıb. Hakim Elmira Nağıyeva birinci məhkəmə instansiyasının qərardadını ləğv edərək, işi yenidən  2 saylı Bakı İnzibati-İqtisad Məhkəməsinə geri qaytarıb”.

Bildirilir ki, yaxın günlərdə tərəflərin məhkəməsinə start veriləcək.

Mia.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA