Ordumuz erməni əsgərini məhv etdi - Cəbhədə atışma oldu

img

18-01-2015 [00:53]


Azərbaycan-Ermənistan qoşunları arasında gedən atışma nəticəsində qarşı tərəf itki verib. 

"Qafqazinfo” news.am-a istinadən xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan açıqlama verib. Artıq ölən hərbçinin adı da məlumdur. O, Voskevan kənd sakini, ordunun müqaviləli hərbçisi Arman Alikoviç Arutyunyandır. 

Ovanisyanın sözlərinə görə, hərbçi kəndə yaxın sərhəddə həlak olub. O, xəstəxanaya çatdırılarkən artıq dünyasını dəyişibmiş.

Qeyd edək ki, bu gün Ermənistanın elektron kütləvi informasiya vasitələri guya Azərbaycan Silahlı Qüvvələrinin cəbhədə itki verərək geri çəkilməsi barədə məlumatlar yaymışdılar. 

Azərbaycan Müdafiə Nazirliyi isə yaydığı bəyanatda bu məlumatları uydurma adlandırıb:

"Silahlı Qüvvələrimiz bütün cəbhə boyu əməliyyat şəraitinə tam nəzarət edir və düşmənin istənilən hərəkətinin qarşısını almağa hər an hazırdır”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA