18-01-2015 [00:25]
Moskvada "Azərros” Federal Milli-Mədəni Muxtariyyətinin
növbədənkənar hesabat-seçki qurultayı keçirilib.
Moskvadan Mia.az-a verilən məlumata görə, qurultayın keçirilməsi qərarı cari ilin 15
yanvar tarixində”AzərRos”un Federal Şurasının 23 üzvünün iştirakı
ilə keçirilən iclasda qəbul olunub. Qurultayda Rusiyanın 34 regionundan 80
nümayəndə, 100 nəfərə yaxın qonaq və gənclər iştirak edib.
Qurultayı giriş sözü ilə açan
akademik Heydər İmanov qonaqları salamlayaraq, tədbirin əhəmiyyətini
vurğulayıb. Qurultayın sədri Federal Şuranın üzvü Söyün Sadıxov, katibi isə
Federal Şuranın üzvü Nizami Bəşərov seçilib.
Söyün Sadıxov çıxışında qurumda
son iki ildə böyük münaqişələrin baş verdiyini bildirib: "Bu intriqalar
təşkilatın fəaliyyətini iflic edib. Bütün bunlara dərhal son verilməlidir.
"Azərros" nə vaxt güclü təşkilat olsa, o zaman Ümumrusiya Azərbaycan
Konqresi, Rusiya Azərbaycanlı Gənclər Birliyi bizim təşkilata hörmətlə yanaşar.
Bizi təkcə Rusiya hökuməti deyil, Azərbaycan hökuməti də dəstəkləməlidir.
"Azərros" heç kəsin cibinə xidmət etməməlidir. Bu təşkilat Rusiyada
yaşayan həmvətənlərimizə xidmət etməlidir. Son iki ildə təşkilatı pis günə
qoyublar. Sonuncu qurultayda prezident seçilən Asif Məhərrəmov təşkilat üçün
heç bir iş görmədi. Mən indiki qurultayın iştirakçılarından keçən qurultayda
baş verənlərə görə üzr istəyirəm. Asif Məhərrəmovun namizədliyini dəstəkləyəndə
onu bacarıqlı biri bilirdim. Neçə il polis orqanlarında çalışıb. Lakin o,
ümidləri doğrultmadı. "Azərros"da vəzifə tutmaq gələcəkdə hansısa
ölkədə nazir və ya digər vəzifə sahibi olmaq demək deyil. Amma Asif Məhərrəmov
və digərləri bunu başqa cür başa düşürdülər".
Qurultayın gündəliyinin müzakirəsindən
öncə, Rusiya Federasiyası Prezidenti Vladimir Putinin daxili və xarici
siyasətini dəstəkləyən, həmçinin Azərbaycan Respublikası ilə Rusiya
Federasiyası dövlətlər və xalqlar arasında strateji tərəfdaşlıq, dostluq və
hərtərəfli əməkdaşlığı dəstəkləyən qətnamə qəbul olunub.
Sonra Qurultayın gündəliyinin 4
bəndi qəbul olundu.
Qurulyatın mandat komissiyasının
sədri Qalib Ağayev Abbas Abbasov və onun ətrafının qanunauyğun olmayan
əməllərindən söz açaraq, Abbas Abbasovun Azərbaycan vətəndaşı olaraq Rusiya
azərbaycanlıları adından siyasi bəyənnamələr ilə çıxış etməyə hüququ olmadığını
qeyd etdi.
Azərbaycanın Rusiyadakı Səfir
müavini Qüdsi Osmanov isə qurultay iştirakçılarını təbrik edərək, onlara
uğurlar arzulayıb. Rusiya-Azərbaycan münasibətlərindən danışan səfir müavini
hər iki ölkənin strateji tərəfdaş, xalqlarının isə tarixən dost olduğunu
söyləyib: "Rusiyada yaşayan azərbaycanlılar bu cəmiyyətin bir parçasıdır.
Rusiya azərbaycanlıları hər zaman bu ölkənin ictimai-siyasi həyatında fəal
iştirak ediblər və Prezident Vladimir Putini dəstəkləyiblər. Rusiyanın bugün öz
ictimaiyyətinin dəstəyinə ehtiyacı var. Siz bilirsiniz ki, dünyada bu gün bir
çox hallarda beynəlxalq hüquq normalarına riayət olunmur, ikili standartlar
siyasəti yürüdülür, bir çoxları həm Rusiyada, həm Azərbaycanda əmin-amanlığın
olmasının marağında deyillər. Biz birgə buna qarşı durmalıyıq."
Q.Osmanov Azərbaycan dövlətinin hər bir ölkədə güclü, monolit diasporu olmasında maraqlı olduğunu deyib. Prezident İlham Əliyevin "Mən hər bir azərbaycanlının Prezidentiyəm" sözlərini iştirakçılara çatdıraraq, səfir müavini Rusiyada yaşayan azərbaycanlıların taleyinin Azərbaycan üçün fərqsiz olmadığını bildirib:
"Azərros bir qrup şəxsin yox, sizindir. Biz Rusiyanın daxili siyasətinə qarışmırıq və qarışmaq fikrində deyilik. Lakin siz etnik azərbaycanlısınız, buna görə biz sizinləyik və sizə kömək etməyə hazırıq. Səfirlik hər zaman sizin tərəfinizdədir".
Qüdsi Osmanov Qurultayın işində martın əvvəlinə kimi fasilə götürməyi və Abbas Abbasovun tərəfdarları olan və AzərRosun Federal Şurasının az qismi olan üzvlər ilə dialoq qurmağı da tövsiyyə edib: "Təşkilatın sıralarında birlik və həmrəylik olmalıdır".
Sonra Qurultayın gündəliyinin
birinci bəndinə uyğun olaraq, 2014-cü ilin fevralın 28-də keçirilən VI-cı qurultayda
Rusiyanın regionlarından AzərRos nümayəndələrinin yetərsayın olmadığı üçün
qanuni sayılmaması məsələsinə baxılıb və birsəslə VI-cı qurultay və qurultayın
qərarları ləğv olunub. Söyün Sadıxovun sözlərinə görə qeyd olunun qeyri qanuni
qurultayda Azərrosun bir çox regional milli-mədəni muxtariyətləri və mədəni
mərkəzləri onların xəbəri və razılığı olmadan təşkilatdan çıxarılıbmış. 2014-cü
ildə keçirilən qurultayın qanuni olmadığına görə sözügedən regional qurumların
hüquqları bərpa olundu.
Bundan sonra AzərRos FMMM-in
nizamnaməsinə dəyişikliklərin daxil etməsi məsələsi müzakirə olunub. Nizami
Bəşirov son 2 ildə Ağsaqqalar Şurasının fəaliyyətsizliyindən və təşkilatın
adından Abbas Abbasov və Rüstəm İbrahimbəyovun çıxışlarından söz açaraq, Abbas
Abbasovun rəhbərlik etdiyi Ağsaqqalar Şurasının ləğv olunmasını təklif edib.
Qurultay nümayəndələri bu təklifi bir səslə qəbul etdilər.
Təşkilatın Prezidenti vəzifəsi
məsələsinin müzakirəsinə gəldikdə isə, təşkilatın Prezidenti vəzifəsinə
namizədlərdən biri Qalib Ağayev Qüdsi Osmanovun məsləhətini dəstəkləyərək,
qurultayda bu il martın 6-na qədər fasilə elan edilməsini və Federal Şura
üzvləri ilə dialoqun davam etdirilməsini təklif edib. Gərgin mübahisədən sonra
bu təklif çox səslə qəbul olunub.
Həmçinin qurultayda AzərRos
FMMM-in keçmiş Prezidenti Asif Məhərrəmov iştirak edərək, tədbir iştirakçıların
qarşında çıxış edib: " Siz hamınız yaxşı başa düşürsünüz ki, bu hücumların
hədəfi və əsas cavabdehi mən deyiləm. Mən yalnız yaranmış vəziyyətin qurbanıyam".
AzərRosun vitse-prezidenti Yusif Xıdırov təşkilatın rəhbərliyi tərəfindən yol verilmiş səhlərdən söz açıb: "Mənim babam Böyük Vətən Müharibəsində faşizmə qarşı vuruşaraq şəhid olub, həmçinin mənim bir çox qohumlarım Qarabağda şəhid olublar. Mən onlar ilə qürurlanıram, həm Rusiya, həm Azərbaycanı sevirəm. Lakin Asif Məhərrəmov mənə Qarabağdan, Xocalı faciəsindən danışmağa qadağa qoyurdu ki, bu kiminsə xoşuna gəlmiyə bilər. Azərrosun Ağsaqqallar Şurasının mövqeyinə görə bizi müxalifət kimi qəbul edirlər. Biz utanırıq, Azərbaycanda isə bizə olan münasibəti bizim qohum-əqrabəmiz başa düşmür".
Eyni zamanda, o qeyd edib ki, çoxları Azərrosda baş verənləri Qalib Ağayev ilə Asif Məhərrəmov arasında münaqişə kimi qiymətləndirirlər: "Lakin bu gün ki qurultay bunun tam əksini göstərir. İnsanlar AzərRosun taleyi və Rusiya azərbaycanlıların gələcəyi üçün vuruşurlar. Bu gün ki qurultay - insanların sözüdür, onlar təşkilatın parçalanmasını və tarixi vətənləri ilə əlaqələrin kəsilməsini istəmirlər".
AzərRosun Yaroslavl regional milli-mədəni muxtariyyətinin rəhbəri Asman Hüseynov bütün AzərRosun üzvlərinə, o cümlədən Abbas Abbasovun tərəfində olan nümayəndələrinə üz tutaraq, onları heç kəsdən qorxmamağa çağırıb: "Gəlin açıq və ədalətli seçki keçirək, təşkilata yeni prezident seçək, AzərRosun işgüzar Aparatını və Şurasını yaradaq".
O, həmçinin bir çox regional nüməyənədəliklərə göstərilən təzyiq
barədə danışıb.
Qurultay martın 6-na kimi işində
fasilə götürdü. Qurultayın başa çatmasına qədər təşkilatın prezidentinin və
Federal Şuranın rəhbəri səlahiyətlərini icra edən Nizami Bəşirov seçilib.
Qeyd edək ki, qurultayın gedişatına maneə törətməyə cəhd olunub. Belə ki, Qurultaya Hazırlıq üzrə Təşkilat Komitəsi tədbirin Moskva Millətlər Evində keçirilməsini elan etsə də, sonradan qurultayın keçiriləcəyi ünvan dəyişdirilib. Moskva Millətlər Evindən "Azərros"un qurultayının keçirilməsinə verilən icazə ləğv olunub.





Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi