Bir qoyuna işi bağlatdıran bələdiyyə sədri kimdir? - İcra başçısı komissiya yaradıb, amma...

img

17-01-2015 [21:31]



"Cənab prezident İlham Əliyev, bu müraciətlə sizdən kömək istəyirik. Zərdab rayonunda şikayətlərimizi qoyun-quzu pay verməklə, ört-basdır edirlər. 

Diqqətinizə çatdırırq ki, biz Zərdab rayon Çallı kənd sakinləri olan Fərhad Məmmədov və Məhəmməd Məhəmmədov bir neçə aydır Zərdab rayon Çallı kəndinin keçmiş bələdiyyə sədri Əyyub Əzizov tərəfindən bələdiyyə işlədiyi dövrdə aldadılmışıq. Onun bizdən 1200 manat pulumuzu alıb, bizə 240 manatlıq qəbz verməsi haqda, üstəlik, 1000 manat da əlavə olaraq alaraq, torpaq sahələrimizin arasında olan 1.8 sot torpağı bizə verəcəyinə söz verməsi ilə bağlı Baş Prokurorluğa, Ədliyyə Nazirliyi yanında Bələdiyyələrlə iş Mərkəzinə, Rayon icra hakimiyyəti başçısına və Zərdab rayon prokroruna ərizə ilə müraciət etmişik!”. 

Bu sözlər Fərhad Məmmədovla Məhəmməd Məhəmmədov tərəfindən prezident İlham Əlliyevə yazılmış şikayət məktubunda yer alıb.

Mia.az-a şikayətçilər tərəfindən daxil olan şikayətdə daha sonra deyilir:

"Bu qədər pulumuzu almalarına baxmayaraq, 6 aydır heç bir nəticə yoxdur. Bu bələdiyyə sədrinin haqsızlıqları o həddə çatıb ki, onun etdiklərinin araşdırılması üçün Zərdab rayon İcra hakimiyyətinin başçısının tapşırığı ilə komissiya yaradılıb. Ancaq  Əyyub Əzizovun fəaliyyəti nəticəsində vətəndaşlara dəymiş zərər araşdırılıb, tədbir görülmək əvəzinə, bələdiyyə sədri hələ də cəzasız qalıb. Əyyub Əzizov kənddə deyir ki, icra hakimiyyətində yaradılan komissiya vətəndaşların gözünə kül üfürmək üçündür, yəni biz nə qədər yazırıqsa, yazaq, onsuz da heç nə olmayacaq. Hər yazanda bir qoyun verirəm prokurora, vəssalam, iş bağlanır. Belə çıxır ki, bunun qoyun sürüsü bitənədək, biz ərizə yazmalıyıq?!”.

Şikayətçilər yazır ki, Baş Prokrorluq məsələnin araşdırılması məqsədiylə Zərdab rayon Prokurorluğuna təlimat verib: "Baş Prokurorluq rayon prokurorluğuna məsələnin araşdırılması haqda məktub göndərib. Amma görünən odur ki, 6 ay ərzində heç bir tədbir görülməyib”.

Sonda şikayətçilər yazırlar ki, bu haqsızlığa son qoyulub, pulları ödəilməsə, aclıq aksiyasına başlayacaqlar.

Şikayət məktubu ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA