17-01-2015 [19:05]
Yeni dövlət qeydiyyatından keçmiş "İnformasiya, Təhlil və
Planlaşdırma” İctimai Birliyi 2015-ci il parlament seçkiləri ilə bağlı layihəyə
başlayıb. Birlik seçkilərə qədər ölkənin müxtəlif ictimai və siyasi
təşkilatları, nüfuzlu şəxsləri ilə görüşlər əsasında problemli saydığı
məsələlərlə bağlı hesabat hazırlamaq niyyətindədir.
Bu istiqamətdə birliyin sədri Elxan Şükürlü ilk olaraq keçmiş partiyası Ədalətin sədri, deputat İlyas İsmayılovla görüşüb. Başladıqları layihə barədə azadliq.info-ya danışan Elxan Şükürlü deyib ki, məqsədləri ölkənin problemlərinə baxışda müxtəlif mövqe, rəy və təkilfləri öyrənmək, yekunda analitik hesabatlar hazırlayıb cəmiyyətə və aidiyyəti qurumlara təqdim etməkdir.
"Bu praktika xaricdə ayrı-ayrı "beyin mərkəzləri” tərəfindən tətbiq olunsa da,
Azərbaycanda yoxdur. Bizdə hər bir siyasi və ya ictimai təşkilat əksər hallarda
öz siyasi, yaxud qrup maraqlarından çıxış etdiyindən, bəzən, ölkə üçün
çox əhəmiyyətli təklif və tövsiyələr arxa plana keçir. Biz bu təklif və
tövsiyələri toplamaq, sistemləşdirmək, problemlərin həlli üçün ortaq nöqtələrin
tapılmasına kömək etmək və yazılı hesabatlar şəklində cəmiyyətə təqdim etmək
niyyətindəyik. Mümkündür ki, gələcəkdə bu işi konkret layihələr çərçivəsində
yerli donor təşkilatlar üçün də həyata keçirək”.
Şükürlüyə görə, ilk görüşün İlyas İsmayılovla keçirilməsinin mənəvi-siyasi mənası var: "Mən düz 10 il Ədalət Partiyasında İlyas müəllimin müavini olmuşam, belə demək mümkünsə, cəmiyyətə siyasi təqdimatım Ədalət Partiyası vasitəsi ilə olub. Təşkilatımızın rəhbərliyində təmsil olunan tanınmış şair-publisit Heydər Oğuz isə hal-hazırda da İlyas müəllimin müavinidir. Hər ikimiz İlyas müəllimdən çox şey öyrənmişik və bu haqqı itirmək olmaz”.
E.Şükürlünün dediyinə görə, İ.İsmayılovla görüşdə onun Dağlıq Qarabağ problemi, proporsional seçki sisteminin bərpası, vəzifəli şəxslərin qanunçuluğa riayət etməsi, cinayətkarlığın bütün növlərinə qarşı mübarizənin təşkilində siyasi partiya və vətəndaş cəmiyyəti institutlarının imkanlarından istifadə yolları, ikili vətəndaşlıq haqda qanunun mümlünlüyü, Azərbaycanın qonşu dövlətlərlə münasibətləri və s. barədə fikirlərini öyrəniblər.
E.Şükürlü bildirib ki, eyni mövzularda
digər təşkilatların, siyasilərin və araşdırmaçıların da rəylərini öyrənməyi
nəzərdə tuturlar.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi