İcra başçısından anormal qərar - Başçı rayonun vağzalını bağladı

img

17-01-2015 [14:07]


Neftçala rayonunda günlərdir davam edən "balıq bazarı” qalmaqalı hələ də öz həllini tapmayıb.

"Qanlı 20 Yanvar hadisələrilə bağlı tədbirlərdən sonra rayonun icra hakimiyyəti rəqib bazara qarşı zorakılığa əl atacaq”.

Bu məlumatı bazarın müdiri Məhəmməd Fərziyevin qardaşı Zakir Fərziyev açıqlaması zamanı bildirib.

O bildirib ki, son 3 gündə heç bir təzyiqlə qarşılaşmayıblar. Z.Fərziyevin dediyinə görə, bunun səbəbi icra hakimiyyətinin 20 Yanvar hadisələrilə bağlı tədbirə hazırlaşmasıdır: 

"Buna baxmayaraq, hər gün polis idarəsinin əməkdaşları bazarın qarşısına gələrək günün müəyyən hissəsini oraya nəzarət edirlər.  İcra başçısı İsmayıl Vəliyev rayonun avtovağzalını bağlatdırıb. Bunun əvəzində isə avtovağzal kimi yeni inşa etdirdiyi bazarın qarşısını istifadə edir ki, bazar işləsin. Avtobuslara nəzarət isə İ. Vəliyev tərəfində keçmiş polis əməkdaşı Aydın Aslanova verilib.

Bundan başqa, icra başçısının yanında onun işlərini yürüdən polis əməkdaşları Xəqani Səfərov və Sadiq Muradov var. Onlar bazarda ticarətlə məşğul olanları hədələyərək bazarın 95 %-ni yeni bazara köçürməyə müvəffəq olublar".

Z. Fərziyev həmçinin dünən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin də qəbulunda olduğunu, olub keçənləri ona danışdığını və ərizə formasında təqdim etdiyini bildirib(Avropa.info).

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA