Təyinatı söz-söhbət yaradan polis rəisi danışdı

img

17-01-2015 [14:02]


Son günlər təyinatı ilə gündəmə gələn tanınmış polis rəisi İsmayıl Əsədovdan açıqlama gəlib. 

Polis polkovniki mətbuatda barəsində yayılan ziddiyyətli məlumatalara münasibət bildirib. Rəis "Qafqazinfo”ya açıqlama verərək deyib ki, Yasamal Rayon Polis İdarəsinin rəisi vəzifəsindən azad olunaraq Sabunçuya təyin olunması və bu rayonda işləməkdən imtina etməsi, bundan sonra isə yerinin Nərimanova dəyişdirilməsi ilə bağlı xəbərlər həqiqətri əks etdirmir. İsmayıl Əsədov fikirlərini belə çatıdırıb: 

"Sabunçu rayonunda qohumlarımın çox olduğuna görə başqa yerə təyin olunmaq barədə xahiş etməyim doğru deyil. Kimi hansı rayona təyin etmək cənab nazirin səlahiyyətinə aid olan məsələdir. Belə bir şey olmayıb. Cənab nazir qərar verib ki, Nərimanova təyin olunum, Nərimanovdayam. Başqa rayon məsləhət olsaydı, başqa rayona təyin edərdi. Bu cənab nazirimizin qərarıdır. Hara göstəriş veriblərsə, biz də orada xidmət edirik”.

Qeyd edək ki, Yasamal Rayon Polis İdarəsinin rəisi olmuş İsmayıl Əsədov daha əvvəllər Bakının Nizami rayonunda da rəis işləyib. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA