17-01-2015 [13:52]
"Azadlıq” qəzetinin bu haqda yaydığı məqalədə bildirilir ki, nazirin əmri ilə Şəki rayon Polis Idarəsinin rəisi Eldar Ilyasov Nərimanov RPI-yə, Nərimanov RPI-nin rəisi Muradəli Babayev Xətai RPI-yə, Xətai rayon PI-nin rəisi Əkbər Ismayılov Yasamal rayon PI-yə, Yasamal RPI-nin rəisi İsmayıl Əsədov isə Sabunçu RPI-yə rəis təyin edilib. Lakin, bu xəbərdən sonra bəzi xəbər portallarında məlumat yayıldı ki, yeni təyinatlarla bağlı bəzi rəislər nazirliyə müraciət ediblər. Məlumatda bildirilir ki, Sabunçu rayonuna polis rəisi göndərilən və hətta əmri verilən polkovnik İsmayıl Əsədov təyinat yerinin dəyişidirilməsini istəyib və bunu Sabunçu rayonunda yerlilərinin və yaxınlarının həddən artıq çox olduğu ilə əlaqələndirib. O bildirib ki, bu rayonda çalışması onu doğmaları ilə üz-üzə qoyacaq. Nazirlik isə onun gətirdiyi arqumentlərin işinə doğrudan da təsir edəcəyi ehtimalını əsaslı saydığından, təyinatını dəyişib.
Qəzet yazır ki, ilk baxışdan bu xəbər hamıya adi görünə bilər. Amma baş verənlərə diqqətlə nəzər salanda Azərbaycandakı əcaib vəziyyəti görmək olar. Əgər bütün rayonlarda Cinayət Məcəlləsi eynidirsə, qanun qarşısında hamı bərabərdirsə və rəis öz vəzifəsini vicdanla həyata keçirirsə, yerin nə fərqi var ki? "Azadlıq” qeyd edir ki, əgər rəisə kimisə şərləmək, kiməsə mərdiməzarlıq etmək, vəzifəsindən sui-istifadə etmək tapşırığı verilmirsə, həmin rəis niyə yaxınlarının yanında başıaşağı olmalıdır? Əgər polis rəisi vətəndaşlardan qeyri-qanuni ödənişlər tələb etməyəcəksə, ərazidə işləyənləri bezdirməyəcəksə, niyə bu təyinatdan kədərlənməlidir?
Qəzetin yazısında deyilir: "Deməli, vəziyyət düşündüyümüz kimidir. Baş verənlər Azərbaycan reallığının bariz göstəricisidir. Əslində uzun illər ərzində Azərbaycanın məhkəmə-hüquq sisteminin necə işlədiyini, ictimai-siyasi fəalların polis vasitəsilə necə susdurulduğunu, polis rəsilərinin yerlərdəki fərqli düşüncələrə qarşı necə mübarizə apardığını görmüşük. Indi yayılan məlumat isə bu prosesin norma olduğunu təsdiqlədi.
Deməli, polis rəisi də bilir ki, işlədiyi müddətdə xeyli "savab” işlər görəcək, qohumların, yerlilərin gözündə alçalacaq və hamı onun əsl vəzifəsinin nədən ibarət olduğuna şahidlik edəcək”.
Sabunçu rayon polis idarəsindən "Qafqazinfo”ya faktı təsdiqləyiblər. Bildirilib ki, Şəki şəhər polis rəisi Eldar İlyasov Sabunçu rayon polisinə rəis təyin edilib. Nərimanov rayon polis idarəsindən isə bildirib ki, Yasamal rayon polis idarəsinin rəisi İsmayıl Əsədov hazırda Nərimanov rayonunda rəisdir.

Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi