16-01-2015 [17:25]
Mia.az AzərTac-a istinadən xəbər verir ki, Kitabda Asiya ölkələrinin dünya siyasətində və beynəlxalq münasibətlər sistemindəki yeri, mövqeyi və əhəmiyyəti təqdim olunur. Müəllif, eyni zamanda, beynəlxalq münasibətlərin üzvi tərkib hissəsi olaraq Azərbaycan Respublikasının Asiya ölkələri ilə çoxcəhətli əlaqələrinə də kitabında geniş yer ayırıb.
Bütövlükdə altı bölmə, 27 yarımfəsildən ibarət olan 312 səhifəlik kitab "Nəticə” və ədəbiyyat siyahısı ilə tamamlanır.
"Çin Xalq Respublikası beynəlxalq münasibətlər sistemində” adlanan birinci bölmədə Çin Xalq Respublikasının dünya siyasətində mövqeyi, həmçinin Asiya ölkələri ilə əlaqələrinə nəzər salınır. Azərbaycan-Çin əməkdaşlığı isə ayrıca yarımfəsildə geniş təhlil obyekti kimi çeşidli faktlarla araşdırılır.

"Beynəlxalq münasibətlər və Yaponiya” bölməsi də maraqlı mövzular üzrə təqdim olunur. Burada dünya syasətinin cazibə qüvvəsi kimi xarakterizə edilən Yaponiyanın ABŞ, ÇXR, Rusiya və digər Cənub-Şərqi Asiya ölkələri ilə əlaqələrindən geniş söhbət açılır. Əsərin müəllifi Azərbaycan-Yaponiya əməkdaşlığı məsələlərinə də ətraflı nəzər salır, ölkəmizin Yaponiya ilə siyasi-diplomatik əlaqələri, təhsil sahəsində əməkdaşlığı, turizm, səhiyyə, idman, eləcə də mədəni və ədəbi əlaqələrindən ətraflı bəhs edir.
Kitabın "Koreya Respublikası dünya siyasətində” adlanan xüsusi fəslində Koreya Respublikasının müasir beynəlxalq münasibətlər sistemində yeri, beynəlxalq təşkilatlardakı nüfuzu, dünya siyasətindəki mövqeyi, həmçinin Azərbaycanın Koreya ilə əlaqələri sistemli şəkildə təhlil olunur.
"Dünya siyasətində Sinqapur”, "Beynəlxalq münasibətlərdə Malayziya” və "Vyetnam Sosialist Respublikası dünya siyasətində” bölmələrində dünya siyasətində gedən proseslərin işığında Sinqapur, Malayziya və Vyetnam kimi ölkələr bir sıra aspektlər üzrə: siyasi-iqtisadi, eləcə də diplomatik və mədəni əlaqələr cəhətdən geniş elmi təhlil obyekti kimi seçilib. Qeyd olunan ölkələrin Azərbaycanla ikitərəfli və çoxşaxəli əməkdaşlıq məsələləri geniş araşdırmaya cəlb edilib.
Beləliklə, müəllif tərəfindən Azərbaycan Respublikasının Çin, Yaponiya, Koreya, Sinqapur, Malayziya və Vyetnam kimi Asiya ölkələri ilə əməkdaşlığına xüsusi diqqət yetirilməsi əsərin maraq doğuran cəhətlərindən birinə çevrilib. Kitabda ayrıca yarımfəsillərdə ölkəmizin qarşılıqlı iqtisadi, siyasi, diplomatik, eləcə də mədəni və ədəbi əlaqələri elmi təhlil süzgəcindən keçirilib. R.Talıbov Asiya ölkələrinin Azərbaycan Respublikası ilə əlaqələrindən bəhs edərkən bu istiqamətdə ölkəmizdə müstəqillik dövründə ardıcıl olaraq məqsədyönlü şəkildə həyata keçirilən dövlət siyasətinin əhəmiyyətini geniş şərh edib. Müəllifin elmi qənaətində dünya siyasətinin əsas mərkəzlərindən birinə çevrilmiş Asiya ilə əməkdaşlıq Azərbaycan dövlətinin yeni tarixi epoxadakı aparıcı istiqamətlərindən biri kimi əsaslandırılıb.
Adları çəkilən region ölkələrinin tarixinə də qısa ekskurs edilən əsərdə müəllif çoxsaylı elmi və elmi-kütləvi mənbələrə istinad edərək məqsədyönlü şəkildə oxucuya dərin məzmunlu və hərtərəfli bilik vermək missiyasını uğurla yerinə yetirib. Kitabın mənbəşünaslıq bazası geniş və zəngindir.
Nəşrin elmi redaktoru, tarix elmləri doktoru, professor Ağalar Abbasbəyli, rəyçilər tarix elmləri doktoru, professor Zeynal Həsənəliyev və hüquq üzrə fəlsəfə doktoru, dosent Mehriban Babazadədir.
Kitab ali məktəblərin beynəlxalq münasibətlər ixtisasının tələbələri üçün dərs vəsaiti kimi nəzərdə tutulur. Bundan başqa, bu vəsaitdən tədqiqatçılar, siyasətçilər, müəllimlər və tələbələr də istifadə edə bilərlər.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi