16-01-2015 [16:26]
Sonradan - 2012-ci ilin iyun ayında prezident İlham Əliyev magistral boru kəmərlərinin, yüksək gərginlikli elektrik şəbəkələrinin, nəqliyyat infrastrukturu obyektlərinin və suların mühafizə zonalarında, neft və qaz yataqlarının işlənməsi üçün təsərrüfat subyektlərinin istifadəsində olan torpaq sahələrində inşa edilmiş yaşayış evləri və digər tikililərlə bağlı məsələlərin tənzimlənməsi məqsədi ilə komissiya yaradılması haqqında sərəncam imzaladı.
Nəhayət, İlham Əliyev 2015-ci il yanvarın 13-də sənədsiz evlərlə bağlı problemin həllinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman imzaladı.
Maraqlıdır, fərman illərdir müzakirə mövzusu olan problemin nəhayət həllini tapmasına kömək edə biləcəkmi?
"Qafqazinfo” xəbər verir ki, Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a açıqlamasında bu fərmanla problemin həll olunacağına ümid etdiyini bildirib: "Bu məsələ artıq həllini tapmalıdır. Çünki biz gecikmişik. Sənədsiz evlərin əksəriyyəti həyət evidir. İnsanlar ev tikib, həmin evlərin sahəsinin hesablanmasına dair problemlər var.
Prezident 2-3 il əvvəl bununla bağlı göstəriş verdi. Komissiya yaradıldı, bütün materiallar toplandı. Hər şey hazırdır. Prezident sərəncamı ilə yaradılan komissiya tərəfindən strateji, dövlət əhəmiyyətli, mühafizə zolağına düşən ərazilərdəki, neft quyularının, yüksək gərginlikli elektrik xətlərinin, dəmiryolu xətlərinin yaxınlığındakı, dövlət müəssisələrinin ərazisində tikilən evlərlə bağlı araşdırma aparılıb, bütün lazımi sənədlər toplanaraq Bakı Şəhər İcra Hakimiyyətinə göndərilib. Sadəcə, məsələnin həlli üçün qərar verilməlidir. Hazırda işin əsas yükü Bakı Şəhər İcra Hakimiyyətindədir”.
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Qulu Xəlilov isə bildirib ki, vətəndaşların onsuz da sənədləri var, sadəcə, əvvəlki qanunda bunlar öz əksini tapmayıb: "Azərbaycanda daşınmaz əmlakın qeydiyyatı 2004-cü ildə qəbul edilən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanuna əsasən həyata keçirilir. Bu qanunun 8-ci maddəsinə görə daşınmaz əmlakın reyestr qeydiyyatının aparılması haqqında əsaslar qəbul olunub. Bu əsaslarla da daşınmaz əmlakın qeydiyyatı üçün əsas hesab edilən sənədlərin siyahısı təsdiq edilib.
Prezidentin vaxtında və əhəmiyyətli olan sonuncu fərmanı bu sənədlərin siyahısının daha da genişləndirilməsinə gətirib çıxardı. Burda söhbət qanunsuz və sənədsiz evlərdən getmir. Söhbət 2004-cü ildə qəbul olunan "Reyestr haqqında” qanunda əksini tapmayan sənədlərin siyahıya salınmasından gedir. Bu fərmanla həm qeydiyyat orqanlarının, həm də vətəndaşların işi asanlaşdı.
Sovetlər dövründə verilən sənədlər "Reyestr haqqında” qanunda öz əksini tapmamışdı. Bu evlərin onsuz da sənədi olub. Sadəcə, qanunla əsaslı hesab edilməyib. Biz həmin vətəndaşları qeydə almaqda çətinlik çəkirdik. Amma bu fərmanla indi qeydiyyat prosesi yüngülləşdiyindən qanuna edilən dəyişiklik əsasında da işlər davam etdiriləcək”.
Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən də Modern.az saytına bildirilib ki, prezident fərmanı heç bir sənədi olmayan icazəsiz evlərə şamil olunmur.
Bakı Şəhər İcra Hakimiyətində görülən işlərin hansı mərhələdə olduğunu öyrənmək istəsək də sözügedən qurumun mətbuat xidmətinin rəhbəri Nailə Məmmədova bununla bağlı rəhbərlikdən informasiya ala bilmədiyi üçün hər hansı bir açıqlama verə bilmədi.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi