16-01-2015 [16:00]
Yazıçı-publisist, tərcüməçi Mahir Qabiloğlu Azərbaycan Yazıçılar Birliyinin üzvülüyünə qəbul edilib. Yazıçılar Birliyinin müvafiq komisiyasının növbəti - Birliyin 1-ci katibi, xalq şairi Fikrət Qocanın sədrliyi ilə keçirilən iclasında Mahir Qabiloğlu üzvlüyə yekdilliklə qəbul olunub.
Mahir Qabiloğlu bununla bağlı açıqlamasında AYB-nın sədri, xalq yazıçısı Anar başda olmaqla hər kəsə təşəkkürünü bildirib və Yazıçılar Birliyinin onun üçün doğma bir ocaq olduğunu vurğulayıb:
”Hələ uşaq yaşlarımda atam Qabilin əlindən tutaraq o pilləkənləri çıxanda oralar mənim üçün doğma bir evə, oranın üzvləri isə ev sakinlərinə çevrilmişdi. Amma onda atama görə ora gedirdim. İndi isə o pillələri bu evin bərabərhüquqlu üzvü kimi qalxıram. Mən Yazıçılar Birliyinə üzv olmaqla içimdəki mənəvi bütövlüyü daha da bütövləşdirəcəyəm”.
Mahir Qabiloğlu ilk növbədə onun Yazıçılar Birliyinin üzvlüyünə təqdimatını verən, millət vəkili, Dövlət Mükafatı laureatı, əməkdar jurnalist Elmira Axundovaya xüsusi minnətdarlığını bildirib. "Çox çəkinirdim. Birliyə üzv olmaq haqqda heç düşünmək istəmirdim. Çünki qarşımda çox korifeylər görmüşdüm. Onların ruhu məni sıxırdı. Utanırdım. Amma Elmira xanım mənəvi dəstək verərək sənədlərimi məndən aldı və şəxsən Anar və Fikrət Qocaya təqdim etdi. Onlar da sağ olsun. Ən əsası Qabilin ruhuna ehtiramlarını bir daha sübut etdilər. Mən isə onlara yalnız Xəlil Rza Ulutürk sayağı cavab verə bilərəm: "LAYİQ OLUM””.
Mahir Qabiloğlunun son iki ildə 3 kitabı çap olunub. 18 hekayə, 260 bədii-publisistik və 40 tərcümə müəllifidir. Sonuncu romanı isə bir ay öncə "Cəncəhim” adı ilə çap edilib. Artıq 320 səhifəlik hekayələr və 500 səhifəlik publisistik yazılar kitabı da bu il üçün çapa hazırdır.
17 il AzTV, "Space” telekanallarında, "Xalq qəzeti” qəzetində redaktor, şöbə müdiri, baş redaktorun müavini vəzifələrində professional jurnalistik fəaliyyətiylə məşğul olmuş Mahir Qabiloğlu, hazırda Modern.az saytının müəllif yazarı kimi öz daimi oxucusunu qazanıb. Həmkarımıza yeni yaradıcılıq uğurları arzulayırıq. Ondan yeni-yeni yazılar gözləyirik.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi