Misir Mərdanovun oğlu müflis oldu - Rizvan Mərdanovun obyekti bağlandı

img

16-01-2015 [12:49]


Sabiq təhsil naziri Misir Mərdanovun oğlunun restoranı bağlanıb.

Keçmiş nazirin oğlu Rizvan Mərdanovun paytaxtın ən dəbdəbəli və bahalı restoranlarından olan "Express cafe”si qapadılıb. Bunun səbəbləri açıqlanmır. 

Xəbərdə bildirilir ki, restoranın bayır hissəsində təmirə bağlanması ilə bağlı elan vurulub. Bəzi məlumatlara görə, R.Mərdanov külli-miqdarda borcu olduğuna görə restoranı satmağa məcbur olub. Restoranın kim tərəfindən alındığı da deyilmir.

Bildirək ki, Hüseyn Cavid prospektində yerləşən bu restoran öz bahalılığı və elitar müştəriləri ilə seçilir. 

Əldə etdiyimiz məlumata görə, restoranın daimi müştəriləri əsasən oğul Mərdanovun dost-tanışı və yaxın çevrəsi olub(Tia.az). 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA