16-01-2015 [12:07]
Gəncə Dövlət Universitetinin sabiq
rektoru Yadigar Əliyev Mia.az-a məktub göndərib. Keçmiş rektorun məktubunu
olduğu kimi təqdim edirik:
"Hörmətli
MIA.AZ.
Dünən bəzi xəbər
saytlarında mənim haqqımda həqiqətə uyğun olmayan yazı getmişdir. Mənimlə baglı
gedən yazı haqqında öz mövqeyimi Sizə göndərirəm. Dərc etməyinizi xahiş
edirəm. Əvvəlcədən öz təşəkkürümü bildirirəm.
Dünən saytda
getmiş yazıda həqiqəti əks etdirməyən məqamlar vardır. Əvvəla, bu gün Yadigar
Əliyev haqqında lətifələr yox, kimin üçün xoş, kimin üçün "bəd” olan xatirələr
yadda qalıb. Xoş xatirələrin böyük bir hissəsi Gəncə Dövlət Universitetinin
vicdanlı, ləyaqətli müəllimlərinin və ciddi, keyfiyyətli tədris, dəmir
nizam-intizam, olduqca obyektiv imtahanlar görmüş tələbələrinin payına düşür.
Maraqlı epizodlar isə vardı: rektorun ictimai nəqliyyatla işə gedib-gəlməyi,
vaxtaşırı universitetimizin müxtəlif istiqamətlərdə yerləşən korpuslarına
tək-tənha (yəni müşayiətçilər olmadan), piyada baş çəkməyi, qəflətən və
gözlənilmədən dərslərə girmək, "facebook” səhifəsində tələbələrin göndərdikləri
məktublar, rektorun mobil telefon nömrəsini bütün tələbələr, müəllimlər və
universitetin əksər əməkdaşlarının əzbər bilməsi və s.
Yadigar Əliyev
qadınlara, yaşca və vəzifəcə böyüklərə həmişə böyük hörmət göstərib və indi də
hörmət göstərir. Ancaq ali məktəbdəki iş yerində heç kim "ayaqqabısını çıxarıb
"şap-şap” geyinmir”. Yadigar Əliyevin də hər gün ayaqqabısını çıxarıb,
"şap-şap” geyinməyinə yardım göstərdiyi, hətta ayaqlarını yuyub-quruladığı
yeganə qadın isə anasıdır. Və üstəlik o, hər bir Azərbaycan qadınını özünə ana
və bacı bilir. BDU-nun aspiranturasını bitirdikdən sonra, ilk iş yerim olmuş
özəl ali məktəbin kollektivini və məni övladlarından ayırmayan "oğlum” –deyə
müraciət edən rektoru bu gün də böyük minnətdarlıqla xatırlayıram. Nəzərə
çatdırım ki, orada tək mən yox, bir çox ali məktəblərin, o cümlədən GDU-nun
professor-müəllim heyəti də çalışırdı. Və orada çalışan professor-müəllim
heyətindən iki nəfər sonradan Gəncə Dövlət Universitetinin rektoru oldu.
Mən bir müddət
həmin ali məktəbdə Dillər kafedrasının baş müəllimi və referent işləmiş, təhsil
müəssisəsinin fəaliyyəti dayandırıldıqdan sonra isə Təhsil Nazirliyinin yüksək
vəzifəlilərindən birinin tövsiyəsi və tapşırığı ilə Gəncə Dövlət Universitetinə
işə qəbul olunmuşam.
İlk əmək
fəaliyyətinə başladığım özəl ali məktəbin rəhbəri olmuş hörmətli Əsmət xanımı,
eləcə də sonrakı
elmi-pedaqoji fəaliyyətimi bağladığım GDU-nun rektoru olmuş hörmətli professor
Mübariz Yusifovu böyük minnətdarlıqla xatırlayıram.
O ki qaldı
mərhəmətli qəlbə sahib olmaqda ad çıxarmağıma, əzazil olmamağıma (biz ancaq
düşmənə əzazil olmalıyıq, övladlarımız olan tələbələrə, ata-anamız,
bacı-qardaşımız olan müəllimlərə, tədris-köməkçi heyətinə yox), qoy buna mənim
rektor olduğum dövrdə GDU-da təhsil almış tələbələr, onların valideynləri
(tələbəni oxutduran valideyndir; hər şeyin düzünü o, yaxşı bilir) münasibət
bildirsin, səsimə səs versinlər.
Hörmətlə,
Yadigar Əliyev,
Gəncə Dövlət
Universitetinin keçmiş rektoru,
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi