Zakir Həsənov hava qüvvələrində döyüş vəziyyətini yoxladı

img

15-01-2015 [18:09]



Müdafiə naziri, general-polkovnik Zakir Həsənov Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının vəziyyətini yoxlayıb.

Mia.az-ın Müdafiə Nazirliyinin saytına istinad'n verdiyi məlumata görə, yeni tədris ilinin başlanması ilə əlaqədar keçirilən yoxlamalar zamanı qoşunların yüksək döyüş hazırlığı səviyyəsinə gətirilməsi, döyüş növbəsinin gücləndirilməsi, mühüm dövlət və hərbi obyektlərin, eyni zamanda qoşun qruplaşmalarının hücumda və müdafiədə mühafizəsi məqsədilə hava hücumundan müdafiə qoşunlarının fəaliyyəti və digər məsələlər məşq etdirilib.

Hərbi Hava Qüvvələrinin döyüş texnikasına, vasitə və qurğularına baxış keçirən müdafiə naziri şəxsi heyətin təlim-döyüş vərdişlərini yüksək qiymətləndirərək qoşun komandanlıqları qarşısında müvafiq tapşırıqlar qoyub.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA