15-01-2015 [15:16]
Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsinin (CASCFEN) sədri Azər Həsrət QHT-lərə Dövlət Dəstəyi Şurasının təşkil etdiyi"ABŞ-da insan hüquqlarının durumu. Ölkənin xarici siyasətinin paradoksları” mövzusunda dinləmələrdə "Cəmiyyət üzərində total nəzarət sistemi: şəxsi həyata müdaxilə, ifadə və mətbuat azadlığının məhdudlaşdırılması” mövzusunda məruzə ilə çıxış edib.
Azər Həsrətin Mia.az-a göndərdiyi həmin məruzəni təqdim edirik:
"19 dekabr 1941-ci ildə artıq 4-cü müddətə ABŞ-a prezidentlik edən Franklin Delano Ruzvelt xüsusi fərmanla Senzura İdarəsi qurmuşdu. Bu idarə müstəsna səlahiyyətlərə sahib idi. Qurum 1945-ci ilin avqust ayına qədər fəaliyyət göstərdi. Senzura İdarəsinin işi sadəcə media üzərində nəzarəti həyata keçirmək deyildi. Bu idarəyə həm də səlahiyyət və tapşırıq verilmişdi ki, ABŞ-ın istər daxili sərhədlərini, istərsə də beynəlxalq sərhədlərini keçən hər bir adi məktub belə açılaraq mütləq incələnməlidir.
Bu isə ABŞ Konstitusiyasına 1-ci əlavəylə (1791, 15 dekabr) daban-dabana zidd idi.
ABŞ buna bənzər senzura və medianın işinin əngəllənməsini sonrakı illərdə də davam etdirdi və bu gün belə həmin ölkədə jurnalistlər, sadə insanlar ifadə azadlığından tam istifadə edə bilmirlər.
Müharibə və ya hərbi
əməliyyatlar zamanı jurnalistlərin fəaliyyətinin əngəllənməsinin daha bir kobud
nümunəsi 1983-cü ildə Grenada adasında hakimiyyət çevrilişi zamanı baş
vermişdi. Burada diqqət çəkən o idi ki, ABŞ rəsmən jurnalistlərin adaya
girişinə yasaq qoymuşdu. Buna baxmayaraq NYTimes-ın bir jurnalisti də daxil 5
jurnalist özəl bir qayıqla adaya getməyə cəhd etsə də ABŞ hərbçiləri onları
həbs edərək bir müddət gəmidə saxlamış, sonra da geri göndərmişdilər.
Təbii ki, bu hadisələr keçmişdə qaldı. Amma indi də bunlara bənzər hadisələrin baş verməsi bəzən inanılmaz olsa da mümkündür. Demək istədiyim odur ki, ABŞ bizə təbliğ edildiyi kimi insan hüquq və azadlıqlarının mübaliğəsiz təmin edildiyi ölkə deyil. Əksinə, bu ölkədə bu hüquq və azadlıqlar, o cümlədən ifadə və media azadlığı demək olar ki, hər gün kobud şəkildə pozulmaqdadır.
Son zamanların ən yeni örnəklərini diqqətinizə çatdırmaq istərdim.
2010-cu ilin dekabrında aralarında Co Libermanın da olduğu bir qrup senator Amazon.com-u Vikiliksi özünün serverlərindən çıxarmağa məcbur etdi. Elə həmin ayın əvvəlində Barak Obama administrasiyası dövlət qurumları və təhsil müəssisələri işçilərinin Vikiliksdən istifadəsini yasaqladı. Amma sonra Dövlət Departamenti bunu təkzib etsə də ABŞ-ın aparıcı media qurumları belə bir tapşırığın olduğunu təkidlə təkrarlayırdı. 3 dekabr 2010-cu ildə İngiltərənin The Guardian qəzeti yazırdı ki, ABŞ Kongresinin kitabxanası, ABŞ Ticarət Departamenti və başqa dövlət qurumları Vikiliksə girişin yasaqlandığını təsdiqləyib.
Elə 2014-cü ilin yayında 38 jurnalist təşkilatı birləşərək prezident Barak Obamaya göndərdikləri etiraz məktubunda onun hakimiyyətini federal hakimiyyət orqanlarıyla bağlı xəbərlərin yayılmasında siyasi basqıdan əl çəkməyə çağırır. ABŞ tarixində ilk dəfə idi ki, belə bir etiraz, özü də demək olar ki, kütləvi etiraz qeydə alınırdı.
Məktubda qeyd edilirdi ki, ABŞ federal dövlət qurumlarının rəsmilərinə mediayla əlaqənin yasaqlanması insanların informasiya almasına əngəl törədir.
Məktubda deyilirdi: "Son
iki onillikdə dövlət qurumlarının öz işçilərinin mediayla birbaşa əlaqələrini
yasaqlama hallarında artım müşahidə edilmişdir. Onların belə təmaslarına yalnız
ictimai əlaqələrə məsul olan şəxslər və ya siyasi rəhbərliyin izniylə yol verilir.
Bu meyl xüsusi olaraq federal hökumətdə nəzərə çarpmaqdadır. Biz belə
məhdudiyyətləri senzuranın bir forması kimi görürük. Bu yolla ictimaiyyətin
görməli və eşitməli olduğu xəbərlər üzərində nəzarətin həyata keçirilməsini
qəbuledilməz sayırıq”.
Hazırda isə Nyu Yorkda yerləşən Jurnalistlərli Müdafiə Komitəsi ölkədə mediayla bağlı durumdan ciddi əndişə duyaraq Barak Obamaya müraciət üçün imza toplayır. Mənim də imzaladığım müraciətdə prezident Obamadan tələb edilir ki, ABŞ-da jurnalistlərin normal fəaliyyəti üçün şərait yaradılsın, onlara qarşı hər cür təqibə son qoyulsun. Konkret olaraq 3 maddədən ibarət tələb irəli sürülür:
1.Jurnalistlərin və media qurumlarının istifadə etdiyi qurğulara qanunsuz müdaxilələrə və onlara qarşı gizli təqibə son qoyulması üçün prezident sərəncam versin;
2. ABŞ sərhədlərində jurnalistlərə qarşı təcavüzkar münasibətə son qoyulsun;
3. Jurnalistləri xüsusi xidmətlərlə işbirliyinə cəlb etməyə və informasiya sızdıranları qorxutmağa yönəlmiş agressiv hüquqi təqiblərə son qoyulsun.
Yəqin anladınız ki, ABŞ-da həm də jurnalistlərin müxtəlif təzyiqlər vasitələrilə xüsusi xidmətlərlə işbirliyinə cəlb edilməsi praktikasından geniş istifadə edilir.
Jurnalistlərin kütləvi tədbirlər zamanı kütləvi şəkildə polis basqısına, həbslərə məruz qalması da bu ölkə üçün normadır, adi haldır. Elə son zamanlar gündəmdə olan Ferguson hadisələri zamanı onlarla jurnalistin döyülməsi, həbs edilməsi, bəzilərinə qarşı hətta odlu silahla açıq təhdidlərin olması artıq bilinən gerçəkdir. Təbii ki, söhbət bütün bunların polis tərəfindən edildiyindən gedir.
Pen American
Center – Amerika Qələm Mərkəzinin Fergusonda açıqlamasında deyilir ki, avqustun
9-da polisin qaradərili silahsız gənc Maykl Braunu öldürməsindən sonrakı
proseslərdə üst-üstə 52 jurnalist polis zorakılığına məruz qalıb. Təşkilatın
hesabatında o da qeyd edilir ki, media təmsilçilərindən 21-i hətta həbs də
edilib. Bu həbs və zorakılıq hadisələri cəmi 8 günün içində baş verib: avqustun
12-dən 20-dək olan müddətdə. Zorakılıq deyəndə isə polisin jurnalistləri
döyməsindən tutmuş onları odlu silahla təhdid etməsinədək hallar nəzərdə
tutulur.
Pen American Center: "Fergusondakı ən ciddi insan haqları pozuntularından həm etirazçılar, həm də mətbuat zərər çəkib. Bu pozuntular polisin bir qayda olaraq dinc məcrada keçən etirazlara aqressiv, hərbiləşdirilmiş münasibətindən irəli gəlib. Polislər qanun çərçivəsində dinc etiraz edənlərə qarşı silahlarını yönəldərək onları nişan alıb. Dinc etirazçılara qarşı gözyaşardıcı qaz, istiot püskürtməsi, itlər, rezin güllələr, snayperlər, səs bombaları və səs toplarından istifadə bir çox müşahidəçilər tərəfindən uyğunsuz zorakı yanaşma kimi qeydə alınıb. Fergusonda sərbəst toplaşmaq azadlığına qarşı belə çoxsaylı müdaxilələrin ciddi araşdırılmasına ehtiyac var. Eyni zamanda pozuntulara yol verənlər məsuliyyətə cəlb edilməlidir”.
Hesabatda o da qeyd edilir ki, jurnalistlərə qarşı belə kütləvi zorakılıq və həbslər yalnız Fergusonda baş verməyib. Bu cür hallar son illər ərzində ABŞ-da tez-tez baş verir. Örnək üçün, 2008-ci ildə respublikaçıların Minnesotanın Sent Pol şəhərindəki ümummilli qurultayında polis 42 jurnalisti həbs etmişdi. Onların arasında 1200-dən artıq TV və radio kanalında proqramı yayınlanan Eymi Gudmən və onun 2 prodüseri də vardı. Jurnalistlərin həbsini gerçəkləşdirən polislər onlara qarşı istiot püskürtməsindən istifadə etmiş, media təmsilçilərinə odlu silah tuşlamışdılar. Bu hadisəni şərh edən Eymi Gudmən deyirdi ki, "onlar bizdən daha güclüdürlər. Mətbuat susdurulduğu zaman cəmiyyət tənqidi durumlara gözlərini və qulaqlarını qapatmış olur”.
Uoll Striti İşğal Et
hərəkatı zamanı isə düz 90 jurnalist həbs edilib. 2011-12-ci illərdə ABŞ-ın 12 şəhərində
paralel şəkildə keçirilən etiraz aksiyalarını işıqlandıran media təmsilçiləri
həm də fiziki zorakılığa məruz qalıb. Nyu York şəhərində isə polislər hətta
onları zorla aksiya keçirilən ərazidən uzaqlaşdırmaqla işlərinə maneçilik
törədib. Məlumatlarda deyilir ki, bu hallar Nyu York Şəhər Polis Komissarı Rey
Kellinin jurnalistlərə qarşı əngəllərin aradan qaldırılmasıyla bağlı
təlimatından sonra da davam edib.
Yenə də Pen American Center-in Ferguson hesabatına baxaq: "Polis tərəfindən media azadlığının 52 dəfə pozulması halı qeydə alınıb. Bunlardan 21-də jurnalistlər həbs edilib. 13 halda jurnalistlər tapança və başqa silahla təhdid edilib, onlara bədən xəsarəti yetirilib. 11 halda isə jurnalistlərin fəaliyyəti ümumiyyətlə əngəllənib: onlar aksiya keçirilən ərazilərə buraxılmayıb və ya hadisə yerindən zorla uzaqlaşdırılıb. 7 halda jurnalistlərə gözyaşardıcı qaz sıxılıb, onlara rezin güllələrlə atəş açılıb”.
Biz ABŞ-da bu cür hallar haqqında saatlarla danışa bilərik. Ancaq düşünürəm ki, elə bu faktlar yetərlidir ki, dünyaya demokratiya və insan haqları dərsi keçən ölkənin özündə durumun necə olduğunu anlayaq. Və ən maraqlısı və xüsusi olaraq vurğulamaq istədiyim məqam isə odur ki, bu ölkədəki bu qədər qorxunc duruma insan haqlarını qoruduğunu iddia edən beynəlxalq qurumlar demək olar ki, heç bir reaksiya vermir, bizə sübut etməyə çalışırlar ki, ABŞ-da belə hallar baş vermir. Bu isə o deməkdir ki, həmin qurumlar da, əslində, ABŞ rəsmi siyasi kursunu müəyyən edənlərin nəzarəti altındadır".
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi