İki nazirin, üç icra başçısının fəaliyyəti ilə bağlı araşdırma aparılıb-YOXLAMA

img

15-01-2015 [13:29]



Azərbaycan Hesablama Palatasının kollegiya iclası keçirilib.

Palatadan mia.az verilən verilən məlumata görə, iclasda dövlət büdcəsindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinə ayrılan vəsaitlərin və büdcədənkənar vəsaitlərin istifadəsinə, dövlət büdcəsinin "Mənzil və kommunal təsərrüfatı” bölməsindən Şəki və Cəlilabad rayon icra hakimiyyətlərinin tabeliyində olan idarə, müəssisə və təşkilatlara, dövlət büdcəsinin yerli xərclərindən Sumqayıt Şəhər Səhiyyə Şöbəsinə və onun tabeliyində olan səhiyyə müəssisələrinə ayrılmış vəsaitlərin proqnozlaşdırılması və icrasına dair audit tədbirlərinin nəticələri barədə hesabat və rəylər müzakirə olunaraq müvafiq qərarlar qəbul edilib.

İclasda, həmçinin müvafiq zəruri tədbirlərin görülməsi və həmin tədbirlərin nəticələri barədə Hesablama Palatasına məlumatların verilməsi üçün kollegiya qərarının aidiyyəti dövlət qurumlarına göndərilməsi, eyni zamanda, audit tədbirlərinin nəticələri barədə məlumatların qanunvericiliklə nəzərdə tutulmuş qaydada Milli Məclisə təqdim olunması qərara alınıb.

Kollegiyada, eyni zamanda, bir neçə nəzarət tədbirləri üzrə audit proqramları təsdiq olunub. Bunlar Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən həyata keçirilən "Məcburi köçkünlərin yaşayış şəraiti və gəlir imkanlarının dəstəklənməsi” layihəsi üzrə dövlət büdcəsi vəsaiti və Dünya Bankından cəlb edilmiş kredit vəsaitlərinin istifadəsinə dair, dövlət büdcəsindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Təminat Xidmətinin Masallı Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinə ayrılan vəsaitlərin proqnozlaşdırılması və icrasına dair, və Dövlət Sosial Müdafiə Fondunun Masallı rayon şöbəsi üzrə gəlir və xərclərin və şöbənin saxlanılması xərclərinin icrasına dair proqramlardır.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA