Hava şəraiti dəyişəcək - Proqnoz

img

15-01-2015 [13:22]


Yanvarın 17-dən Azərbaycan ərazisində hava şəraiti qeyri-sabitləşəcək və bu proses yanvarın 19-dək davam edəcək.
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında bildirib ki, 17-19 yanvar tarixlərində Azərbaycanda qeyri-sabit hava şəraiti gözlənilir, fasilərlə yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda qar yağacaq. Havanın temperaturu ötən günlərlə müqayisədə 2-5 dərəcə enəcək. 
 
Yanvarın 16-da isə Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Səhər və axşam  bəzi yerlərində duman, çiskin olacaq. Şimal-qərb küləyi əsəcək və arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1-4, gündüz 7-11 dərəcə isti olacaq.
 
Sabah Azərbaycanın rayonlarında gecə və səhər saatlarında duman, çiskin olacağı gözlənilir. Lənkəran-Astara bölgəsində isə yağıntılı olacaq. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti, dağlarda gecə 2-7 dərəcə şaxta, gündüz 1-7 dərəcə isti olacaq.
 
Tibbi meteoroloji proqnoza gəlincə, yanvarın 16-da Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir. Yanvarın 17-18-də isə hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir güclənən xəzri küləyi fonunda temperaturu ötən günlərlə müqayisədə bir qədər aşağı enəcəyi, rütubətliyin artacağı gözlənilir ki, bu da bəzi meteohəssas insanlarda narahatlıq hissi yarada bilər.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA