Samir Nuriyev hesabat verdi

img

14-01-2015 [17:25]


Yanvar ayının 14-də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2014-cü ilin yekunlarına həsr olunmuş hesabat iclası keçirilib.

Idarədən Mia.az-a daxil olan məlumata görə, tədbiri giriş sözü ilə "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi cənab Samir Nuriyev açıb.

 İdarə rəisi 2014-cü ildə İdarənin əsas fəaliyyət istiqamətləri - abidələrin mühafizəsi, "İçərişəhər” və "Qala” Qoruqlarının beynəlxalq standartların tələblərinə uyğun olaraq idarə olunması və dayanıqlı sosial-iqtisadi inkişafının təmin edilməsi məqsədilə həyata keçirilmiş işlərdən danışıb. Qoruqların tarixi-memarlıq görkəminin qorunmasının milli-mədəni irsimizin təbliğindəki önəmini vurğulayan İdarə rəisi bildirib ki, 2014-cü ildə də dünya və ölkə əhəmiyyətli abidələrdə bərpa və konservasiyası işləri və turistlərin cəlb edilməsi İdarənin əsas prioritetləri kimi qalıb. 2014-cü ilin əvvəlində Qız Qalasında və Şirvanşahlar Sarayı Kompleksində beynəlxalq standartlara cavab verən yeni muzey ekspozisiyalarının yaradılması xüsusi olaraq vurğulanmış, onların ziyarətçilər tərəfindən böyük maraqla qarşılanması qeyd edilib.

İdarə rəisi "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin 2014-cü ildəki uğurlarından bəhs etmiş, "Azərbaycanın mədəni irs abidələrinin mühafizəsi, bərpası və istifadəsində xidmətlərə görə” nominasiyasında "Milli irs 2014” və Qız Qalası abidəsinin Tripadvisor'un "Certificate of Excellence 2014” ("Mükəmməllik Sertifikatı 2014”) mükafatına layiq görülməsini xüsusi vurğulayıb.

İdarə rəisi bildirib ki, "İçərişəhər” və "Qala” Qoruqlarına hər zaman göstərilən diqqət və qayğı Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin ölkəmizin milli-mədəni irsinin qorunması sahəsində uğurlu dövlət siyasətinin tərkib bir hissəsidir. Eyni zamanda Azərbaycanın birinci xanımı, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun da Azərbaycanın mədəni dəyərlərinin, o cümlədən zəngin tarixi-memarlıq irsinin qorunması və dünyada təşviqində böyük rolu İdarə rəisi tərəfindən xüsusi olaraq qeyd edilib.

İclasda daha sonra İdarənin bir sıra rəhbər şəxsləri hesabatları ilə çıxış edərək müvafiq sahələr üzrə 2014-cü ildə görülmüş işlərdən danışıblar.

İclasın yekun nitqində İdarə rəisi cənab Samir Nuriyev "İçərişəhər” Dövlət Tarix Memarlıq Qoruğu İdarəsinin 2015-ci il, habelə növbəti illər üçün əsas məqsəd və vəzifələrindən, qarşıda duran hədəflərdən bəhs edərək, idarənin qurumlarının rəhbərlərinə müvafiq tapşırıqlar verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA