Bakıda polisə qarşı görünməmiş cinayət - VİDEO

img

14-01-2015 [16:22]


Bakıda yol polisini maşın vurub.

AzNews.az xəbər verir ki, bu barədə məlumatı ANS PRESS-ə hadisə şahidləri veriblər.Şahidin sözlərinə görə, hadisə ötən gün səhər saatlarında qeydə alınıb.

Belə ki, Caz mərkəzin qarşısında, Rəşid Behbudov küçəsində işıqforun yaşıl işığında gözləyərkərn qarşıdan kapotunda polis olan maşın gəldiyini görüb. Avtomobil bir neçə metr polisi sürüklədikdən sonra o yerə düşüb.

Sürücü isə ona yardım etmək əvəzinə sürətlə uzaqlaşıb. Bu zaman polis maşını da onu izləməyə başlayıb.

Baş verənlər avtomobildəki videoreqistratorla anbaan lentə alınıb.

AzNews.az anspress-ə istinadən bu görüntüləri təqdim edir: Videonun 45-ci saniyəsindən sonra həmin görüntüləri izləyə bilərsiniz.




Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA