Sənədsiz evlərlərlə bağlı fərman kimlərə şamil olunacaq-İZAHAT

img

14-01-2015 [12:36]


"Sənədsiz evlərə mülkiyyət hüququnun verilməsi prosesinə nəhayət ki, yaşıl işıq yandırıldı. Çox müsbət addımdı. Amma bu məsələdə diqqətimi çəkən bir neçə məqam var".


Bu fikirləri tanınmış iqtisadçı ekspert Rövşən Ağayev səsləndirib. Ekspret daha sonra bildirib: "Əvvəla, uzun illərdi məmurlar deyirdi ki, bu problemin həlli çox mürəkəbdi, qanun olmalıdı, problemin həllilə bağlı mexanizmlər tapılmalıdı və s. İndi məlum oldu ki, az qala Marsa uçmaq qədər qəlizləşdirilən bu problemin bir fərmanlıq canı varmış. İkinci, bu qərar çox aydın surətdə ortaya qoydu ki, Qarabağ problemiistisna olmaqla yerdə qalan istənilən problemin həlli bir fərmana, göstərişə, qanuna bağlıdı. Üçüncü, bir daha aydın oldu ki, bu ölkədə cəmi bircə idarəetmə institutu - Prezident institutu işlək vəziyyətdədi. Nəhayət, bu proses çox ciddi ictimai nəzarət tələb edir. Vəziyyətdən yararlanıb vətəndaşlardan qeyri-rəsmi ödənişlər tələb etmək istəyənlər olacaq, "centlmen sövdələşmələrlə" fərmanda nəzərdə tutulan siyahıya uyğun sənədləri hazırlamağa yardım göstərmək kimi hallar baş verəcək. Müstəqil QHT-lərin axırına çıxmasaydılar, hətta indi ictimai nəzarət üçün jurnalistlərlə birgə qrup da yaratmaq olardı. Sənədsiz mənzilləri rəsmiləşdirmək vətəndaşlarımız üçün çox mühümdü. Əvvəla, mülkiyyəti təsdiq edən sənədlər olmayan evdə yaşamaq insanlar üçün psixoloji gərginlik yaradır. Onlar həmişə qorxu altında yaşayır ki, hətta "uçastkovı" belə onun mənzilini buldozer qabağına verə bilər. Hətta bu qorxunun evdəki körpə uşaqlara belə necə sirayət elədiyini bir neçə tanışımın ailəsində görmüşəm. Başqa məsələ odur ki, sənədsiz mülk ailələrə imkan vermirdi ki, ehtiyacları olanda mülklərini girov qoyub banklardan kredit götürsünlər, yaxud əllərində müəyyən vəsait yarananda həmin mənzili satıb yaşayış şəraitini yaxşılaşdırsanlar. Xüsusilə də son illər qanunsuz evlərin sökülməsi sənədi olmayan evlrin satşını demək olar ki, mümkünsüz etmişdi. On minlərlə insanın on illərlə yaşadığı iztirabın bir fərmanlıq canı varmış".



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA