14-01-2015 [11:09]
Bu günlərdə gənc hüquqşünas Qaya Əliyevin "Bir bölüyün manifesti” oçerki "Elm və Təhsil” nəşriyyatı tərəfindən nəfis tərtibatda, kütləvi tirajla çap olunub. Müəllif tərəfindən Yasamal taborunun şəhidlərinin timsalında Azərbaycan Respublikasının dövlət müstəqilliyi və ərazi bütövlüyünün müdafiəsi uğrunda həlak olmuş bütün şəhidlərimizin əziz xatirəsinə və onların fədakar valideynlərinə ithaf edilmiş bu kitab Yasamal taborunun II Bölüyünün Qarabağ müharibəsində keçdiyi şərəfli döyüş yolundan bəhs edir. Bölüyün tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda rəşadətlə döyüşmüş igid oğullarımızın hər birinin keçdiyi ömür və döyüş yolu müəllif tərəfindən ayrı-ayrılıqda təhlil olunaraq, bütövlükdə bölüyün hərbi-psixoloji panoraması yaradılmışdır.
Gənc nəslin hərbi-vətənpərvərlik ruhunda tərbiyəsi istiqamətində qələmə alınmış bu əsər mütəxəssislər və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur. Əsərdə Yasamal taborunun II bölüyü ilə yanaşı, tabor komandiri, Azərbaycan Respublikasının Milli Qəhrəmanı Mirələkbər İbrahimovun həyat və fəaliyyəti, keçdiyi şanlı döyüş yolu da geniş işıqlandırılmışdır. Kitabda həmçinin Qarabağ konfliktinin beynəlxalq hüquqi aspektləri, Xocalı soyqırımının, həmçinin 20 yanvar hadisələrinin və yaxın tariximizə dair digər hadisələrin hüquqi tövsifi də verilmişdir.
Kitabın "Ön sözü”-nün müəllifi və redaktoru fəlsəfə elmləri doktoru, professor Əsədulla Qurbanovdur. Kitabın rəyçiləri Azərbaycan Respublikası Milli Məclisinin deputatı, AMEA-nın müxbir üzvü və A.Bakıxanov adına Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Yaqub Mahmudov, "Yeni Azərbaycan” qəzetinin baş redaktoru, siyasi elmlər doktoru, politoloq Hikmət Babaoğlu, filologiya elmləri doktoru, professor, şair-ədəbiyyatşünas Vüqar Əhməd, AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə doktoru, professor Cəbi Bəhramov və yazıçı-publisist, polkovnik-leytenant Şəmistan Nəzirlidir.
Xatırladaq ki, əsər ötən il "Cinayət-prosessual qanunvericiliyin mənbələrinin elmi-nəzəri əsasları və hüquqi xarakteristikası” mövzusunda monoqrafiyası nəşr edilmiş gənc hüquqşünas Qaya Əliyevin bədii-publisistik janrda ilk qələm təcrübəsidir.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi