Ramil Usubov 3 rayonun polis rəisini dəyişdi

img

13-01-2015 [23:10]


Daxili İşlər naziri general-polkovnik Ramil Usubov polis rəislərinin təyinatı ilə bağlı əmr imzalayıb.

Mia.az xəbər verir ki, axar.az-a hüquq mühafizə orqanlarından daxil olan məlumata görə, Nərimanov rayonun polis rəisi Muradəli Babayev Xətai, Xətai rayonunun polis rəisi Əkbər İsmayılov Yasamal, Yasamal rayonunun polis rəisi İsmayıl Əsədov isə Sabunçu rayonuna polis rəisi təyin edilib.

Xatırladaq ki, bir neçə gün öncə Bakı rayonlarının polis rəislərinin dəyişilməsi barədə mediada xəbər yayılsa da, informasiya rəsmən təsdiqlənməmişdi.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA