Ziya Məmmədov reydlərə şəxsən nəzarət edir - Nazirlik

img

13-01-2015 [17:48]


Nəqliyyat Nazirliyi Bakı-Sumqayıt istiqamətində qanunsuz fəaliyyət göstərən sərnişin avtobuslarına qarşı reydlərə başlayıb.

Nazirliyin mətbuat katibi Namiq Həsənov AzərTAc-a müsahibəsində bildirib ki, ümumiyyətlə, şəhərlərarası sərnişin avtobusları avtovağzaldan-avtovağzala hərəkət etməlidir.

Buna baxmayaraq, son günlər Sumqayıt avtovağzalından yola çıxan bəzi sərnişin avtobusları qanunsuz olaraq paytaxtda "Şamaxinka” adlanan əraziyə və "20 Yanvar” dairəsinə yığışırlar: "Bu avtobusların son dayanacaq məntəqəsi Beynəlxalq Avtovağzaldı. Ancaq artıq pul qazanmaq məqsədilə onların bəziləri qanunsuz olaraq marşrutlarını dəyişiblər. Həmin sürücülər bununla həm qanunsuz fəaliyyət göstərir, həm bu ərazilərdə sıxlıq yaradır, həm də gediş haqqını qaldırırlar. Artıq iki gündür ki, bu cür hallara qarşı reydə başlanılıb. Bu məsələ nazir Ziya Məmmədovun şəxsən diqqətindədir. Reydlər zamanı qanunsuz fəaliyyət göstərən avtobuslar cərimə meydançasına aparılır. Cərimə ödənildikdən sonra isə onların fəaliyyətinə qadağa qoyulur”.

Nazirliyin rəsmisi bildirib ki, hansı sahibkar texniki istismar müddəti başa çatmayan avtobuslardan istifadə edirsə, sərnişinləri Sumqayıtdan Beynəlxalq Avtovağzalına gətirirsə və bu işlə məşğul olmaq üçün lisenziya alıbsa, onların fəaliyyəti təmin ediləcək.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA