Zakir Həsənov qonaq qəbul edib

img

13-01-2015 [16:56]


Bu gün Müdafiə naziri general-polkovnik Zakir Həsənov Niderland Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robbert Gabrielseni qəbul edib. 

Mia.az Nazirliyin saytına istinadən xəbər verir ki, Müdafiə naziri regiondakı hərbi-siyasi vəziyyətə toxunaraq Ermənistanın işğalçılıq siyasətinin bu gün də davam etdiyini, bunun nəticəsində sülh prosesinin yubanmasını və danışıqların uzadılmasının bölgədəki şəraitə mənfi təsir göstərməsini diqqətə çatdırıb.

Görüşdə Azərbaycan ilə Niderland arasında əlaqələrin inkişaf etdirilməsində qarşılıqlı marağın olması və hərbi sahədə münasibətlərin qurulması istiqamətində fikir mübadiləsi aparılıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA