13-01-2015 [14:19]
Dünya siyasətçiləri daim kamera qarşısındadırlar. Onların heç bir hərəkəti, heç bir baxışı jurnalistlərin nəzərindən qaçmır. Buna görə də bəzən kişi siyasətçilərin ətrafındakı qadınlara ani baxışları fotoqrafın çəkdiyi şəkillərdə qalmaqallı forma ala bilər. Modern.az dünya siyasətçilərinin kuryoz fotolarını təqdim edir.
2008-ci il Pekin Yay Olimpiya Oyunlarında iştirak edən çimərlik voleybolu üzrə ABŞ yığmasını ruhlandırmaq üçün prezident Corc Buş onları ziyarət edərkən yaxalanır. Çoxsaylı fotolar arasında xüsusilə prezidentin voleybolçu Misti Mey-Ternerlə olan şəkili maraq doğurur.
"Miss İtaliya - 2008” gözəllik müsabiqəsində qonaq kimi iştirak edən İtaliyanın sabiq baş naziri Silvio Berluskoni də gözəllik yarışmasının iştirakçılarından olan Tea Kotonellaya baxarkən fotokameralarla yaxalanıb.
Rusiyanın baş naziri Dmitri Medvedev isə 2011-ci ildə prezident qiyafəsində qatıldığı "G20” zirvə toplantısında öz mətbuat katibi Natalya Timakovanı seyr edərkən kadra düşüb.

2009-cu ildə isə "G8” sammitinə qatılan ABŞ-ın hazırki prezidenti Barak Obama sammitdə iştirak edən 16 yaşlı Mayara Tavaresə baxarkən görüntülənmişdi. Bu zaman Fransa prezidenti Nikolya Sarkozinin Obamaya anlayışla baxması da diqqətdən kənarda qalmamışdı. Foto Amerikada kiçik qalmaqal yaratsa da, şəkilin çəkildiyi məqamın videogörüntüsü Obamanın döşəməyə baxdığını göstərdi.
Nyu-Yorkdakı Çin restoranlarından birində səhər yeməyi yeyən prezident Barak Obamafotoqraf tərəfindən yerli restoran personalı ilə səmimi görüntülənmişdi.
Sabiq Amerika prezidenti Bill Klinton isə küçə gəzintisi zamanı xanım seçici ilə "selfie” çəkdirən zaman nəzərlərini xanımın sinəsinə yönəltməsinə görə tənqid olunmuşdu. Bu, çoxlarına Klintonun katibəsi Monika Levinski ilə Ağ Evdə yaşadığı sevgi macərasını xatırlatmışdı.
Rusiya prezidenti Vladimir Putin isə Almaniyaya səfər edən zaman ona etiraz edən "FEMEN” təşkilatının çılpaq üzvü ilə qarşılaşmışdı. Fotodan da göründüyü kimi Putin mühafizəçilər tərəfindən ondan uzaqlaşdırılan qadına biganə qala bilməmişdi.
Monako kralı Albert isə məşhur pop ulduz Rihannanı qəbul edərkən ilk növbədə onun sinəsinə diqqət yetirmişdi.
Hollivudun "Oskar”lı gənc ulduzu Enn Hetuey isə "Şeytan "Prado” geyinir” filminin premyerasında aktyor həmkarı Stenli Tuççinin diqqətli baxışları ilə üzləşmişdi.
ABŞ-ın keçmiş Dövlət katibi Hillari Klintonun və müğənni Kristina Agileranın BMT-nin Nyu-Yorkda keçirdiyi mükafatlandırma mərasimində çəkdirdikləri foto da insanlar tərəfindən maraqla qarşılanmışdı.
1958-ci ildə İtaliya kinosunun ulduzu Sofi Loren və amerikalı həmkarı Ceyn Mensfildin ortaq tədbir zamanı çəkilən fotosu isə bu qəbildən olan fotoların ən məşhuru sayılır.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi