Prezident Sumqayıtda bir sıra obyektlərin açılışında iştirak edib

img

13-01-2015 [14:00]


Bu gün Azərbaycan Respublikasının Prezident İlham Əliyev Sumqayıt şəhərinə gəlib.

Mia.az prezidentin saytına istinadən xəbər verir ki, dövlətimizin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin Sumqayıt şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyub.

Sonra Prezident İlham Əliyev Nəsimi adına şəhər mədəniyyət və istirahət parkında aparılan yenidənqurma işləri ilə tanış olub. Bildirildi ki, parkda yerləşən Şəhidlər xiyabanının yaxınlığındakı 10 hektarlıq ərazidə geniş abadlıq işləri aparılıb, "20 Yanvar” və "Xocalı” abidələri ucaldılıb.

Dövlətimizin başçısı daha sonra Sumqayıt tekstil fabrikinin açılışında iştirak etdi.

Prezident İlham Əliyev fabriki işə saldı, istehsal prosesini izlədi, hazır məhsullara baxdı.

Azərbaycan Prezidenti fabrikin açılışı münasibətilə kollektivi təbrik etdi.

Sonda xatirə şəkli çəkdirilib.

Prezident İlham Əliyev Sumqayıta səfəri çərçivəsində Gənclər Evinin açılışında da iştirak edib.

Dövlətimizin başçısı binanın rəmzi açılışını bildirən lenti kəsdi, burada yaradılan şəraitlə tanış olub.

Sonra Prezident İlham Əliyev Sumqayıtda yeni tikilmiş Yaşıl teatrda yaradılan şəraitlə maraqlanıb.

Daha sonra dövlətimizin başçısı beton məmulatı zavodunun açılışında iştirak edib.

Prezident İlham Əliyev zavodu işə salıb.

Məlumat verilib ki, illik istehsal gücü 140 min metr müxtəlif diametrlik beton boru və 500 min kvadratmetr beton döşəmə daşı olan zavodda ən müasir texnologiya tətbiq edilib. Yeddi istehsal sahəsindən ibarət bu zavod avadanlığın həcminə görə Şərqi Avropada analoqu olmayan ən böyük müəssisədir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA