Məleykə Abbaszadənin səhhəti ilə bağlı açıqlama yayıldı

img

13-01-2015 [13:22]


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadənin səhhətində ciddi problemin yaranması haqda ilginc məlumatlar yayılır. Gəzən söz-səhbətlərə görə, M.Abbaszadə son vaxtlar ciddi qan xəstəliyindən əziyyət çəkir. Hətta onun müalicə üçün tez-tez İsveçrəyə üz tutduğu deyilir. 

AzVision.az məsələ ilə bağlı TQDK-nın mətbuat xidməti ilə əlaqə saxlayıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə M.Abbaszadəninin qrip xəstəliyinə yoluxduğunu bildirib. Onun sözlərinə görə, TQDK sədri hazırda Abbaszadə Azərbaycandadır:

"Bu deyilənlər əsassızdır. Məleykə xanım bugünlərdə qrip olmuşdu, ancaq onun səhhətində başqa problem yoxdur . Sədr hazırda işdədir”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA