Nazirin işdən azad etdiyi YAP rayon təşkilatının sədri çıxdı - ÖZƏL

img

13-01-2015 [12:39]


Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi vəzifəsindən azad edildiyi bildirilən Mehriban Abbasquliyeva YAP-da önəmli vəzifə tutur.

 Bu barədə Mia.az-a YAP-dan məlumat daxil olub. 

Məlumata görə, M.Abbasquliyeva YAP Sabunçu rayon təşkilatının sədridir. Onun nazir Oqtay Şirəliyev tərəfindən vəzifəsindən azad olunması haqda da cəmiyyəti yaxından maraqlandıracaq nüanslar da var. 

Məsələ ilə bağlı YAP rayon təşkilatının sədriylə danışmaq mümkün olmayıb.

 Onu da qeyd edək ki, yayılan məlumatda bildirilir ki, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralova təyin edilib. Z.Qaralova yeni təyinata qədər həmin xəstəxananın şöbə müdiri olub.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA