13-01-2015 [12:34]
Bu gün Baki Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə ittiham olunan Ənvər Həsənov, Şücai Qulam və Pərviz Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.Lent.az-ın məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Məhkəmənin hökmü ilə Ənvər Həsənov 15 il, Şücai Qulam 15 ilvə Pərviz Ağayev 4 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.
Qeyd edək ki, 2013-cü ilin oktyabr ayının 18-də Binəqədi rayonu, Naxçıvani küçəsi, 13 ünvanındakı "Magic Club” çay evində işləyən Ənvər Həsənov həmin çay evinə müştəri qismində gələn Məmmədzadə Səttar Fərəməz oğluna mübahisə zəminində bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürüb.
Müəyyən edilib ki, Ənvər Həsənov hadisə baş verən gün dostu Pərviz Ağayevlə şərik işlətdikləri çay evində olarkən Səttar Məmmədzadə ilə Ceyhun İdrisov ora gəliblər. Öz aralarında söhbət edərkən həmin vaxt orada olan Qulam Şücai onların "Vorovski” qəsəbəsində yaşadığını bilib. Qulam söhbətə müdaxilə edərək həmin qəsəbədə yaşamış cinayətkar aləmdə məşhur olan bir neçə şəxsi tanıyıb-tanımadıqlarını soruşub. Səttarla Ceyhun belə adamlar tanımadıqlarını deyiblər.
Qulam həmin şəxsləri tanımamalarını Səttarla Ceyhuna irad tutub. "Həmin qardaşları tanımayanlar özlərini tanımır, deməli, yaxşı oğlanlar deyilsiniz” deyib.
Bununla bağlı gənclərin aralarında mübahisə yaranıb. Qulamın dediklərini dostları Pərvizlə Ənvər də təsdiqləyiblər. Yaranmış mübahisəni aydınlaşdırmaq üçün çay evinin ikinci kabinetinə keçmək təklif olunub.
Kabinetə keçərkən Pərviz Səttarın çənəsindən vuraraq ona xəsarət yetirib. Qulamla Ənvər "vurulmalı idi, vurdu” deyərək dostlarının hərəkətinə haqq qazandırıblar. Mübahisə daha da qızışıb. Ənvər cibindən çıxardığı bıçaqla Səttara 9 zərbə endirib. Yaralı Mərkəzi Kliniki Xəstəxanaya çatdırılaraq əməliyyat olunsa da onun həyatını xilas etmək mümkün olmayıb.
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi