İşdən çıxarılan baş həkimlə bağlı AÇIQLAMA

img

13-01-2015 [12:25]


Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində yerləşən 2 saylı Doğum Evinin baş həkimi işdən çıxarılıb. 

Yayılan məlumata görə, M.Abbasquliyevanın yerinə təyinat da olub. Belə ki, Səhiyyə Nazirliyinin müvafiq əmri ilə 2 Saylı Doğum Evinin baş həkimi vəzifəsinə Zamirə Qaralova (baş prokuror Zakir Qaralovun qohumu olduğu bildirilir) təyin edilib. Z.Qaralova yeni təyinata qədər həmin xəstəxananın şöbə müdiri olub.

Doğum evindən Lent.az-a bildirilib ki, M. Abbasquliyeva vəzifəsindən azad edilməyib: "Heç bir təyinat da baş verməyib. Hazırda Mehriban Abbasquliyeva doğum evinə rəhbərlik edir”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA