Azərbaycanda bu içkilər bahalaşacaq – SİYAHI

img

13-01-2015 [11:44]


Azərbaycan Coca-Cola Bottlers” MMC-nin istehsal etdiyi bir sıra sərinləşdirici qazlı və qazsız içkilərin qiyməti 10-20 qəpik bahalaşacaq.
 
Bu barədə oxu.Az MMC-nin rəsmi saytına istinadən məlumat verir. Şirkətin qiymət dəyişikliyi ilə əlaqədar elanında qeyd olunub ki, 24 yanvar 2015-ci il tarixindən aşağıdakı siyahıda adları göstərilmiş məhsullarda satış qiyməti artırılacaq.
 
Qiymətlər mərhələli şəkildə:
 
-    0,5 lt plastik qabda qablaşdırılan "Cappy" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Fuse tea" içkisinin tövsiyyə olunan satış qiyməti 60 qəpikdən 70 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Burn" içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 90 qəpikdən 2 manat 10 qəpiyə
-    0,5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 20 qəpikdən 25 qəpiyə
-    2 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazlı və qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 50 qəpikdən 60 qəpiyə
-    5 lt plastik qabda qablaşdırılan "Bonaqua" (qazsız) içkisinin tövsiyyə olunan satış qiyməti 1 manat 10 qəpikdən 1 manat 30 qəpiyə artırılacaqdır.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA