Bakı Apellyasiya Məhkəməsinin hakiminin oğlundan şok addım

img

12-01-2015 [22:23]


Uzun müddət Azərbaycanın məhkəmə sistemində çalışan, hazırda Bakı Apellyasiya Məhkəməsinin hakimi olan Qail Məmmədovun oğlu Almaniyadan siyasi sığınacaq alıb.

Mia.az Azinform.az-a istinadən xəbər verir, bu barədə məlumatı «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahid yayıb. Baş redaktorun verdiyi məlumata görə, hakim oğlu buna səbəb kimi Azərbaycanda siyasi mülahizələrlə təzyiq altında olduğunu göstərib.

Hakimin tərcümeyi-halını təqdim edirik:

Qail Fazil oğlu Məmmədov 27.09.1948-ci ildə anadan olub. 1971-1977-ci illərdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində oxuyub. 1978-1982 –ci illərdə Sumqayıt şəhər məhkəməsinin xalq hakimi, 1982-1983 –cü illərdə Bakı Şəhər Məhkəməsinin hakimi, 1983-2000-ci illərdə Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi, 2000-2007 –ci illərdə Azərbaycan Respublikası Apellyasiya Məhkəməsinin hakimi və 2007-ci ilədən bu günə kimi Bakı Apellyasiya Məhkəməsinin hakimi işləyir.

Azərbaycan Respublikası Prezidentinin 21 noyabr 2008-ci il tarixli sərəncamı ilə "Azərbaycan Respublikasının əməkdar hüquqşünası” fəxri adı verilmişdir. Ailəlidir, 4 övladı var.

Qail Məmmədovun da mövqeyini dərc etməyə hazırıq.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA