Baş Prokurorluq Bakıdakı məhkum ölümünə görə cinayət işi açdı

img

12-01-2015 [17:37]


Bakıdakı 14 saylı Cəzaçəkmə Müəssisəsində məhkumun ölümü ilə bağlı cinayət işi başlanıb.

Baş Prokurorluğun mətbuat xidmətindən verilən məlumata görə, 22 dekabr 2014-cü il tarixdə saat 07 radələrində Penitensiar Xidmətin 14 saylı Cəzaçəkmə Müəssisəsindən məhkum Babayev Elşad Səid oğlunun ölümü ilə bağlı daxil olmuş məlumata əsasən Qaradağ rayon Prokurorluğunun müstəntiqi tərəfindən məhkəmə-tibb ekspertinin və Ədliyyə Nazirliyinin Tibb Xidmətinin əməkdaşlarının iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib.

İlkin araşdırma ilə müəyyən edilib ki, müəssisədə cəza çəkən bir qrup məhkum baş vermiş hadisədən istifadə edərək rejim qaydalarını pozub, əməkdaşların tələblərinə əməl etməyək müəssisənin normal iş fəaliyyətinin pozulmasına yönəlmiş hərəkətlərə yol veriblər.

Bununla əlaqədar E.Babayevin ölümünün səbəblərinin, habelə həmin məhkumların qeyd olunan hərəkətləri nəticəsində dəymiş ziyanın müəyyənləşdirilməsi məqsədilə müvafiq ekspertizalar təyin edilib, eləcə də müəssisə əməkdaşları və məhkumlardan izahatlar alınıb, E.Babayev barədə aidiyyəti sənədlər, o cümlədən tibbi sənədlər götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Penitensiar Xidmət tərəfindən hadisə üzrə xidməti yoxlama və müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib, toplanmış sənədlər aidiyyəti üzrə prokurorluğa göndərilib.

Qaradağ rayon Prokurorluğunda faktla bağlı cinayət işi başlanıb, hazırda istintaq hərəkətləri davam etdirilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA