Prezident fərman imzaladı; iki nazirə göstəriş verdi-DƏYİŞİKLİK

img

12-01-2015 [16:31]


Azərbaycan prezidenti İlham Əliyev bu gün fərman verib. Ölkə başçısı Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair 2014-2018-ci illər üçün Çərçivə Proqramının təsdiq edilməsi haqqında fərman imzalayıb.

Fərmana əsasən,Nazirlər Kabineti Çərçivə Proqramının həyata keçirilməsi üçün zəruri tədbirlər görməlidir.


Xarici İşlər Nazirliyiisə həmin Çərçivə Proqramının qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədəBMT-nin Sənaye İnkişafı Təşkilatına bildiriş göndərməlidir.


Qeyd edək ki, Azərbaycan hökuməti ilə BMT-nin Sənaye İnkişafı Təşkilatı arasında əməkdaşlığa dair Çərçivə Proqramı 2014-cü il noyabrın 26-da Bakıda imzalanıb.



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA