İcra başçısına hesabat verildi

img

12-01-2015 [15:17]


Azərbaycan Respublikası Prezidentinin müvafiq Fərmanına əsasən 2012-ci ilin sonunda yaradılmış Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi ikinci hesabat yığıncağını keçirib. 

İcra Hakimiyyətindən Mia.az-a daxil olan məlumata görə, hesabat məruzəsi ilə çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısının 1 saylı sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Anar Həsənli bildirib ki, nümayəndəlik yarandığı ilk gündən Səbail rayon İcra Hakimiyyəti tərəfindən "Şəhidlər Xiyabanı” Kompleksinin ərazisində inşa edilmiş və hər cür avadanlıq və ləvazimatlarla təchiz olunmuş inzibati binada fəaliyyət göstərir.

Qeyd olunub ki, 2014-cü ildə nümayəndəliyin ərazisində prezident İlham Əliyevin iştirakı ilə Dənizkənarı Milli Parkda müasir attraksion-panoramın, Azərbaycan Xalça Muzeyinin yeni binasının açılış keçirilmiş, ölkə başçısı İçərişəhərdə Şirvanşahlar Sarayı Kompleksində yeni yaradılmış muzey ekspozisiyasının təqdimat mərasimində, martda Qız qalasının qarşısında keçirilən Novruz şənliklərində, mayın 9-da  faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə Dağüstü parkda keçirilən mərasimdə iştirak etmiş, mayın 27-də Azərbaycan Xalq Cumhuriyyətinin şərəfinə ucaldılmış abidəni ziyarət etmiş, dekabr  ayının 23-də isə ailə üzvləri ilə birlikdə Bələdiyyə seçkiləri ilə əlaqədar  6 saylı orta məktəbdə yerləşən 29 saylı Səbail seçki dairəsinin 6 saylı məntəqəsində səs verib. 2014-cü ildə 2 saylı şəhər poliklinikasında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Bu gün   ərazidə "Alov qüllələri” kompleksinin, "Xəzər Waterfront" layihəsi adlandırılan möhtəşəm istirahət-əyləncə-alış-veriş mərkəzinin, yeni "İnterkontinental” və   "İnturist” mehmanxanalarının,   9 saylı Xəzinədarlıq İdarəsi üçün yeni binanın tikintisi, İdman Oyunları Sarayının əsaslı təmiri davam edir. 

 Üz.Hacıbəyov küçəsi, Parlament prospekti, ərazidəki park və istirahət bağlarda bura xüsusi gözəllik verən müxtəlif gül kollarından ibarət gözəl kompozisiyalar yaradılmış, Fikrət Əmirov, Üz.Hacıbəyov küsələrində, Neftçilər prospektindəki bir sıra binaların fasadlarının üzlənməsi başa çatdırılmış, hazırda Zərifə Əliyeva, Adil İsgəndərov küçələri, Bülbül, Neftçilər və Mətbuat prospeklərindəki binaların üzlənməsi davam edir. 2014-cü ildə rayonun mərkəz hissəsində səkilərə dekorativ daş döşənmiş, əsas magistral küçə və yollarının da təmir-asfaltlaşdırılması işləri həyata keçirilib. 

Yığıncaqda çıxış edən Səbail rayon İcra Hakimiyyəti Başçısı Asif Əsgərov prezidenti İlham  Əliyev tərəfindən Bakı şəhərininə göstərilən diqqət və qayğıdan, gələcəkdə şəhərin mərkəzinin daha da abadlaşdırılması, burada sakinlər və şəhərimizin çoxsaylı qonaqları üçün hər cür şəraitin yaradılması üçün görülməli olan işlərdən danışıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA