İcra başçısı qrafik təsdiq etdi, müavinlər kəndlərə ezam olundu

img

12-01-2015 [15:05]


Quba rayon İcra Hakimiyyətinin başçısı Mübariz Ağayevin tapşırığı ilə icra başçısının müavinləri kəndlərə təhkim olunublar.

Bu barədə Mia.az-a Quba Rayon İcra Hakimiyyətindən məlumat daxil olub. 

Məlumatda bildirilir ki, icra başçısının müavinləri Yusif Abdulovla Nəsrulla Vəliyev hazırda rayon kəndlərinə gedərək, əhali ilə görüşlər keçirirlər. Eyni zamanda, hər iki müavinin iştiirakı ilə 2014-cü ildə görülən işlər, problemlər və onların həli yoları yerində öyrənilir: "Artıq Qubanın əksər kəndlərində real vəziyyət öyrənilib, eyni zamanda, kənd icra nümayəndələrinin ötən il üzrə illik hesabatları dinlənilib. Əhalinin iştirakı ilə keçirilən hesabat-yığıncaqlarda yerlərdə görülən işlərlə yanaşı, problemlər də müzakirə olunub. Müzakirələr zamanı elə məsələlər olub ki, onlar yerində dərhal həll olunub. Əhalinin bəzi təklif və problemlərinin həlli ilə bağlı aidiyyatı dövlər qurumlarına müraciətlər edilib".

İcra Hakimiiyyətindən verilən məlumatda o da qeyd olunub ki, müavinlər illik hesabatın qəbulu ilə bərabər, həm də yerlərdə səyyar görüşlərə də start veriblər: "Şəxsən icra başçısı Mübariz Ağayevin özü başda olmaqla, rayon rəhbərliyi hər ay müxtəlif kəndlərə gedir, əhali ilə görüşlər keçirir və onların problem və təkilflərinə opertaiv reaksiya verilir. Sevindirici haldır ki, rayon rəhbərliyinin isti münasibəti yerlərdə böyük sevgi ilə qarşılanır".

Məlumatda bildirilir ki, rayon rəhbərliyinin əhaliyə diqqət və qayğısı, görüşləri davam etdiriləcək: "Artıq icra başçısı Mübariz Ağayevin tapşırığı ilə rayonun rəhbər şəxslərinin görüş qrafiki tərtib olunub və qrafikə uyğun olaraq, rayon rəhbərliyi hər ay kəndlərdə əhali ilə görüşəcəklər. Hesab edirik ki, bu, həm yerli problemlərin həllində operativliyi, həm də əhali ilə rayon rəhbərliyi arasında qarşılıqlı etimadı daha da möhkəmləndirəcək".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA