12-01-2015 [12:39]
Jurnalistlərin Həmkarlar İttifaqı (JuHİ)Azərbaycan jurnalistlərinin 2014-cü ildə sosial durumlarının öyrənilməsi üzrə araşdırmalarını başa çatdırıb.
JuHİ sədri Müşfiq Ələsgərlibununla əlaqədar yaydığı məlumatda bildirib ki, təşkilatın keçirdiyi sorğuya ictimai rəyə təsir imkanları və stabil dövriliyi ilə seçilən 25 ümumrespublika yayımlı qəzet, 5 informasiya agentliyi, 5 xəbər portalı, həmçinin 10 həftəlik qəzet (7 regional, 3 ümumrespublika yayımlı), 5 televiziya (3 regional, 2 ümumrespublika yayımlı) redaksiyalarının əməkdaşları cəlb edilib (ümumilikdə 50 redaksiya əhatə olunub).
M.Ələsgərli bildirib ki, sorğu iştirakçıları çalışdıqları redaksiyalarda aylıq gəlirlərinin miqdarı, əmək münasibətlərinin rəsmiləşdirilməsi, sosial və tibbi sığortaya cəlb edilmələri, həmçinin, onları daha çox qayğılandıran problemlər barədə sualları cavablandırıblar.
Sorğu üzrə aşağıdakı nəticələr alınıb:
1. Gündəlik nəşr edilən qəzetlərdə, informasiya agentliklərində və ümumrespublika yayımlı telekanallarda:
- İşçilərlə fərdi əmək müqavilələrinin bağlanmasında irəliləyiş var: sorğuya cəlb edilən 97 faiz redaksiyalarda fərdi əmək müqavilələri bağlanıb. Bu, ötən illə müqayisədə 2 faiz irəliləyiş deməkdir. Ammamüqavilələrin redaksiyaların bütün əməkdaşlarına şamil edilməməsi problemi ötən illərdə olduğu kimi qalır.
Orta hesabla, əksər redaksiyada ən yaxşı halda əməkdaşlardan yalnız60 faizi ilə fərdi əmək müqavilələri bağlanır, təqribən 40 faizə qədərəməkdaş əmək münasibətləri rəsmiləşdirilmədən, şifahi sövdələşmə ilə çalışdırılırlar.
2014-cü il fevralın 3-də Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə Əmək Məcəlləsinə müvafiq dəyişiklik edilməklə əmək münasibətlərinin rəsmiləşdirilməsinin elektron informasiya sistemimüstəvisinə keçirilməsi isə bu sahədə son illərin ən uğurlu addımlarından biri kimi qeyd edilə bilər.
Əmək Məcəlləsinə edilən bu dəyişiklik imkan verəcək ki, işçi çalışdığı müəssisənin onun əmək hüquqlarını nə dərəcədə təmin etməsi barədə məlumatı elektron informasiya sistemindən əldə edə bilsin, öz əmək hüquqlarını müdafiə edə bilsin.
- Əmək müqavilələrinin simvolik xarakterli olması problemi 2014-cü ildə də aktuallığını qoruyur,əksər redaksiyalarda əmək müqavilələri əmək haqqı və digər məsələlərlə bağlı reallığı əks etdirmir;
-Tibbi sığortanın tətbiq edilməsi təcrübəsi isə yoxdur və ya minimum səviyyədədir, 2 redaksiyada kampaniya formalı tibbi müayinələr tətbiq edilib.
2.Jurnalistlərin aylıq gəlirlərində ötən illərlə müqaisədə əhəmiyyətliartım müşahidə edilib:
a)Ümumrespublika yayımlı telekanallarda, informasiya agentliklərində, gündəlik qəzetlərdə və populyar xəbər portallarında çalışanjurnalistlərin aylıq gəlirləri 500-600manat civarında olub (sorğu iştirakçılarının 93 faizi). Bu kateqoriya üzrə sorğu iştirakçılarının az qismi (2 faiz)350-450 manat, qalanları isə (5 faiz) 700-800 manat və daha yuxarı həddə aylıq gəlir əldə etdiklərini bildiriblər.
Məlumat üçün qeyd edək ki, bu, ötən ilin müvafiq dövrü iləmüqayisədə 15 faiz artım deməkdir.
b)Ümumrespublika yayımlı həftəlik qəzetlərdəçalışan jurnalistlərinaylıq gəlirlərində ötən illərlə müqayisədə artım simvolik olub. Bu kateqoriya üzrə redaksiyalarda çalışan jurnalistlərin orta aylıq gəlirləri 250-350 manat arasında dəyişir.
Regionlarda:
a)Regional qəzetlərdə çalışan jurnalistlərin orta aylıq gəlirləri 150-250 manatla ifadə olunur.
b)Regional televiziyalarda çalışan jurnalistlərinvə mərkəzi TV-lərin regional təmsilçilərinin aylıq gəlirləri isə250-400 manat aralığında dəyişir.
Məlumat üçün qeyd edək ki, 2014-cü ildə Azərbaycanda yaşayış minimumu 125 manat müəyyən edilmişdi.
3) Sorğu iştirakçıları 2014-cü ildə jurnalistlərin sosial durumlarına müsbət təsir edən amillərbarədə də fikirlərini bildiriblər:
a)Azərbaycan Respublikasının Prezidenti yanında KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun keçirdiyi fərdi jurnalist yazılarının müsabiqələri vasitəsilə çoxsaylı jurnalistlərin mükafatlandırılmaları jurnalistlərin sosial durumlarına müsbət təsir göstərənamillər sırasında qeyd edilib.
Məlumat üçün bildirək ki, 2014-ci ildə təqribən 336 nəfər jurnalist KİVDF-nin təşkil etdiyimüsabiqələrin qalibi olaraq əlavə maddi gəlir əldə ediblər.
b)Uğurlu faktlar sırasında media sferasında iş yerlərinin artımı və ya mövcud iş yerlərinin qorunub saxlanılması da göstərilib. 2011-2012-ci illərdən başlayanbu tendensiya 2014-cü ildə də davam edib.
c)Azərbaycan Respublikası Prezidentinin il ərzində imzaladı əfv sərəncamlarında jurnalistlərə də yer verilməsi media təmsilçilərinin rəğbətini qazanan amillər sırasında qeyd edilir.
4) Sorğu iştirakçıları onları daha çox qayğılandıran problemlərlə bağlı fikirlərini də açıqlayıblar. Bu sırada ən çox qabardılan məsələlər:
-Tibbi sığortanın tətbiq edilməməsi;
-İnformasiya mənbələrinə çıxışın qənaətbəxş olmaması, rəsmi qurumların mətbuat xidmətlərinin heç də hamısının peşəkar fəaliyyət göstərməməsi;
-Müəllif hüquqlarının qorunması ilə bağlı problemlər;
-Peşəkarlığın artırılması iləbağlı təlimlərin sayının yetərincə olmaması.
-Bu kateqoriya üzrə jurnalistlərin diqqət ayırdıqları məqamlar sırasında 2014-cü ildə"Ayna-Zerkalo” qəzetinin, "Mediaforum” xəbər saytının, "Azadlıq” Radiosunun Bakı ofisinin fəaliyyətinin dayandırılması da var
Əli Əsədov İqtisadi Şura üzvlərini topladı: nələr müzakirə olundu?
İcra başçısı özünü xeyli arıqladıb
Dövlət Məşğulluq Agentliyində yeni təyinat olub
İsrail Türkiyəyə xüsusi təşəkkür edib: "Terror bizi qorxutmayacaq”
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
Prezident bu şəxsləri təltif etdi - SİYAHI
Prezident İlham Əliyev daha bir qanunu təsdiqlədi - Dəyişiklik
İranın Xark adasına hücum olub
İstanbuldakı İsrail Konsulluğunun qarşısında silahlı incident: 3 silahlı şəxs öldürüldü, iki polis yaralandı - FOTOLAR
Türkiyədə zəlzələ olub
“Azəriqaz”da maaşlar niyə verilmir? - "Azər Məmmədovun vəzifəyə gəlməsindən sonra vəziyyət dəyişib"
Vergi Xidmətində təyinat olub
Azərbaycan XİN BƏƏ-nin Suriyadakı səfirliyinə hücumu pisləyib
Sabah hava necə olacaq? - Proqnoz
"Ayın qolu" layihəsi: martın qalibləri müəyyənləşib
“Ağ Saray” şadlıq evində saxta məhsul aşkarlandı - FOTOLAR
“Turan Tovuz"un prezidentini ağır cəza gözləyir - Ehtiram Quliyevin bir cümləsi qıcıq yaradıb?
Türkiyədə daha bir bələdiyyədə əməliyyat: 20 nəfər saxlanıldı
AFFA klub və rəsmilərini cəzalandırdı
AAYDA-nın sabiq sədri 1 milyard manatlıq mənimsəmə iddiasına cavab vermədi - Saleh Məmmədov zəngə elə cavab verdi ki... (VİDEO)
Xocavənd şəhərinə növbəti köç olub
Deputatlar toplanır: daha 11 qanun müzakirə olunacaq - SİYAHI
Qaradağda əməliyyat: 5 nəfər 71 kq narkotiklə tutulub
İstanbulda məşhur sənətçilər qandallandı – Narkotik ittihamı ilə
“Axios” yazır: “İrana qarşı yeni plan hazırlanıb..." - "Trapm o qədər qəzəblidir ki..."
"Razin"də ev şökdü, bir qadın altından belə çıxarıldı - VİDEO
Hindistan–Azərbaycan yaxınlaşması: diplomatik normallaşma, yoxsa Pakistan faktoruna qarşı strateji balans... (Təhlil)
İsrail Livanı yenə vurub – Ölənlər var
Məktəbdə iki şagird bıçaqlandı - Təfərrüat (Yenilənib)
Xəzər dənizində yenə zəlzələ olub (Yenilənib)
İsrailli nazir bir qrup tərəfdarı ilə Əl-Əqsa Məscidinə basqın edib
İş axtaran tələbə qıza əxlaqsız təkliflər edən vəzifəli şəxs qandallandı – Türkiyədə
ABŞ və İsrail Urmiyanı bombalayıb - Hava Limanı və…
İran Küveytə raket atdı – Yaralananlar var
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Əliyar Ağayev cəzalandırıldı
“Təəssüf ki, Amerika xalqı geri dönməyimizi istəyir” – “Məndən olsaydı, İran neftini ələ keçirərdim, kürdlər isə…”
İran ABŞ-ın iki həftəlik atəşkəs təklifini rədd etdi